Mayın 27-də Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu Komandanlığında Qərargah rəisinin müavini general-mayor Metin Alpcanın rəhbərlik etdiyi nümayəndə heyəti Daxili İşlər Nazirliyinin-Daxili Qoşunlarının Ali Hərbi Məktəbində olublar.
May ayının 19-u, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğında xilasetmə işlərində digər aidiyyatı qurumlarla yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da xüsusi fəallıq göstərmişlər.
Mayın 17-də Belarus Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Yuriy Hacimuratoviç Karayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.
Mayın 16-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi.
May ayının 15-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təminat-təchizatı, qidalanması və sağlamlıq durumunun yoxlanılması məqsədilə Qoşunların “N” saylı hərbi hissəsində olub. Həmin gün Daxili Qoşunların Komandanı gənc əsgərlərlə görüşüb.