
Dekabrın 28-dən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd olunub. Dekabrın 31-də isə bu münasibətlə Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində zabit və gizirlərin ailələri, eləcə də Veteranlar Şurasının üzvlərinin iştirakı ilə bayram tədbiri keçirilib.