14 10 2015
Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində yeni yaşayış kompleksinin açılışı olub
Oktyabrın 14-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov iştirak edib.