27 06 2014 Daxili Qoşunlarda “Adına yaraşan oğul” sənədli filminin təqdimat mərasimi keçirilmişdir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində növbəti - sonuncu tədbir iyunun 27-də Daxili Qoşunların Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində keçirilmişdir.

18 06 2014 Daxili Qoşunların şəxsi heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etmişlər

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 2010-cu il iyunun 18-də torpaqlarımızı erməni qəsbkarlarından azad etmək uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmişdir. Bu münasibətlə DİN-in Daxili Qoşunlarının şəxsi heyəti iyunun 18-də II Fəxri Xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət etmiş, məzarı üstünə gül dəstələri qoymuşlar.