02 11 2015 Daxili Qoşunların Komandanı gənc əsgərlərlə görüşüb

Oktyabrın 31-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov gənc əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə Qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində olub. Həmin gün Daxili Qoşunların Komandanı gənc əsgərlərlə görüşüb.