Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür.
Martın 30-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Gennadi Vladimiroviç Axramoviçi qəbul edib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 24-cü ildönümü münasibətilə müvafiq əmrlərə əsasən, respublikamızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş, həmçinin xidmətdə xüsusilə fərqlənmiş, yüksək peşə hazırlığı, nümunəvi hərbi intizam nümayiş etdirmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 16-da Daxili Qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsinin meydanında Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 24 il ötür. Bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.