Aprelin 30-da Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyə Respublikasının Quru Qoşunlarının Qərargah rəisi general-polkovnik İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Aprelin 28-də Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan general-polkovnik İbrahim Yaşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Aprelin 24-də Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının (GİDS) Baş Direktoru, istefada olan Aviasiya Vitse Marşalı Zübair İqbal Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış birgə tədbirlər planına müvafiq olaraq, Aparatın əməkdaşlarının Daxili Qoşunların məsul şəxsləri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm davam etdirilir.
Aprelin 10-da Naxçıvanda Daxili Qoşunların hərbi hissəsinin yaradılmasının 20 illiyi münasibətilə təntənəli mərasim keçirilib, zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib.