10 02 2017 Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı xidmətə yeni qəbul olunmuş əsgərlərlə görüşüb

Fevralın 10-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov xidmətə yeni qəbul olunmuş əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə Qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində olub.