İyunun 13-də Milli Gimnastika Arenasında start götürmüş Bədii Gimnastika üzrə Avropa çempionatına artıq iyunun 15-də yekun vurulmuşdur. Tədbirin keçirildiyi arenanın istər daxilində, istərsə də bayır əhatəsində ictimai asayişin təmini polis orqanlarının əməkdaşları ilə birgə Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən yüksək səviyyədə həyata keçirilmişdir. Bütün bunlar tədbirin gedişi zamanı yüksək nizam-intizam nümayiş etdirən şəxsi heyətin peşəkarlığının nəticəsidir.
 
   Qeyd edək ki, çempionatda iştirak edən gimnastlar üçün yaradılmış "Atletlər kəndi"nin də mühafizəsi Daxili Qoşunlara həvalə edilmişdir. Burada xidmət müvafiq qrafikə uyğun olaraq 24 saat ərzində təşkil edilmişdir. Xidmətin aparılmasına nəzarət edilməsi üçün Daxili Qoşunların Baş İdarəsinin məsul vəzifəli şəxsləri də cəlb edilmişdirlər.
 
   Məhz polis orqanları ilə birgə asayişin təmin olunması üzrə mühafizəyə cəlb olunmuş şəxsi heyətin ayıq-sayıqlığı, vəzifə borclarına son dərəcə məsuliyyətlə yanaşması ictimai asayişin tələb olunan səviyyədə qorunub saxlanılmasına zəmin yaratmışdır.