Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanının müvafiq əmrinə əsasən, iyunun 21-dən 22-dək idmanın cü-do növü üzrə Daxili Qoşunların birinciliyi keçirilmişdir. Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində təşkil olunan turnirdə 12 komanda olmaqla 84 hərbi qulluqçu öz qüvvəsini sınamışdır.

  Yarışlar 7 çəki dərəcəsi üzrə keçirilmişdir. Yarışlarda əsgərlər də olmaqla bütün kateqoriyalı hərbi qulluqçular öz idman bacarıqlarını göstərməklə təmsil etdikləri hərbi hissələrin şərəfini qorumuşlar. Yarışların keçirilməsi üçün bütün təşkilatı tədbirlər görülmüşdür. 

Şəxsi və komanda birinciliyi uğrunda yarışın nəticələri aşağıdakı kimi olmuşdur:
 

60 kiloqram çəki dərəcəsi üzrə:                         66 kiloqram çəki dərəcəsi üzrə:
I yer - əsgər Şəhriyar Seyfəlili                            I yer - əsgər Qardaş İslamov 
II yer - əsgər Kənan İbrahimli                             II yer - əsgər Orxan Məmmədxanlı 
III yer - əsgər Vüqar Ömərov                             III yer - əsgər Famil Vəliyev 


73 kiloqram çəki dərəcəsi üzrə:                         81 kiloqram çəki dərəcəsi üzrə:
I yer - əsgər Mixail Ananiyev                               I yer - əsgər Eldar Qasımov 
II yer - baş leytenant Qasım Rəcəbov                II yer - əsgər Həmid Səfərəliyev 
III yer - əsgər Etibar Nəsirov                               III yer - gizir Natiq Allahyarov 


90 kiloqram çəki dərəcəsi üzrə:                         100 kiloqram çəki dərəcəsi üzrə:
I yer - leytenant Seymur Rzayev                         I yer - baş çavuş Vüqar İsmayılov 
II yer - baş çavuş Emin İsgəndərov                    II yer - gizir Zəmanət Həsənzadə 
III yer - əsgər Orxan Musayev                             III yer - kapitan Taleh Ağayev 


100+ kiloqram çəki dərəcəsi üzrə:
I yer - əsgər Araz Mehrəliyev
II yer - əsgər Vüsal Quliyev
III yer - baş çavuş Ramal Məmmədov

  Hər zaman olduğu kimi bu yarışlar da Daxili Qoşunllarda idmanın müxtəlif növlərinə diqqətin olduğunun bariz nümunəsidir və hərbi qulluqçular arasında idman növlərinin, fiziki hazırlığın təbliğində müstəsna rolu vardır.