.jpg)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Aparatın baş məsləhətçisi Vüqar Heydərov Daxili Qoşunların Baş idarəsinin Mənəvi-psixoloji hazırlıq şöbəsinin zabiti Müşfiq Xankişiyev və Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin baş zabiti Rəhman Nuriyevlə birgə Daxili Qoşunların və FHN-nin Mülki Müdafiə Qoşunlarının Quba rayonundakı "N" saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.






