Polis polkovnik-leytenantı Sahil Məmmədov
Sahil Məmmədov 1964-cü il 25 fevral Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olmuşdur. Sahil 6 yaşında əmisi ilə Bakı şəhərinə gəlmişdir. 1971-1981-ci illərdə Bakıxanov qəsəbəsindəki 96 saylı məktəbdə təhsil almış, sonra ordu sıralarına çağırılmışdır. 1983-cü ildə SSRİ DİN-in Ali Siyasi Məktəbinə daxil olmuş,1987-ci ildən Ukraynada xidmətə başlamışdır.
1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətə çıxaraq Vətənə dönmüş, ailəsini Bakı şəhərində yerləşdirərək yenidən Ukraynaya qayıtmışdır. Qarabağ müharibəsində iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciətlər etsə də, müsbət cavab almamışdır. Nəhayət, 1992-ci ildə Vətənə qayıtmış, hərbi polis alayında bölük komandiri kimi xidmətə başlamışdır.
Döyüşlərdə iştirakı
Sahilin komandirlik etdiyi bölük Zəngilan rayonunun Qazançı, Ağkənd və Dərəli kəndlərinin müdafiəsində əlindən gələni əsirgəmirdi. Dəfələrlə Qazançı kəndi ermənilərin hücumuna məruz qalsa da, cəsur döyüşçülərimizin güclü müqavimətilə üzləşən erməni quldurları geri çəkilmişlər. Növbəti dəfə güc toplayan erməni işğalçıları Qazançı kəndinə hücuma top və raket atəşlərilə başladı. Buna baxmayaraq, döyüşçülərimiz düşmənin yaylım atəşinə məruz qalan kəndi qəhrəmanlıqla müdafiə etmişlər. Döyüş zamanı Sahilin yanında mərmi partlamış, cəsur komandir sağ qolundan və sağ ayağından ağır yaralanmışdır. O, döyüş meydanından çıxarılıb Bakıya, Mərkəzi xəstəxanaya göndərilmişdir. Həkimlərin ciddi səyi nəticəsində onu xilas etmək mümkün olmuşdur.
Ailəlidir, bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Sahil Məmmədov 1994-cü ildən DİN-in Pasport, Viza və qeydiyyat idarəsində baş inspektor vəzifəsində çalışır.