Daxili Qoşunlar Komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Əliyev Vidadi Əli oğlu

 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini, 1999-cu ildə  isə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin hərbi hüquqşünaslıq fakültəsini bitirmişdir. 1983-1985-ci illərdə Silahlı Qüvvələrin sıralarında  müddətli həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildə Belarusiya Hərbi Dairəsi tərkibində zabit hazırlığı kursunu bitirmişdir.

1985-1992-ci illərdə Müdafiə Sənayesinin "İskra" zavodunda mühəndis, "Coğrafi fiziki cihazqayırma" birliyində mühəndis-quraşdırıcı vəzifələrində işləmişdir.

1992-2004-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində tabor komandirinin tərbiyə işləri üzrə müavini, hərbi hissə (alay) komandirinin şəxsi heyət üzrə müavini-bölmə rəisi, hərbi hissə (briqada) komandirinin tərbiyə işləri üzrə müavini-bölmə rəisi vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 sentyabr tarixli 392 nömrəli sərəncamı ilə  Daxili Qоşunlar Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.

2005-ci ldə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli 09 mart və 2008-ci il 11 mart tarixli sərəncamları ilə “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 06.05.2005-ci il tarixli 802 nömrəli sərəncamı ilə “general-mayоr” hərbi rütbəsi verilmişdir.

Ailəlidir. Üç övladı var.