1

Əgər Daxili Qoşunlarda xidmətə qəbul olunaramsa, yaşadığım ərazidə xidmət edə bilərəmmi?

«Daxili Qoşunların Statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə hərbi qulluqçuların xidmət çəkməsinin əraziyə bağlı olmaması prinsipinə əsasən mümkün deyil

2

Daxili Qoşunlarda qadınlar da xidmətə qəbul olunurmu?

Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə əsasən, 19 yaşından 40 yaşınadək qadınlar Daxili Qoşunlarda xidmətə qəbul edilə bilərlər.

3

Nəfəs alətlərinin mahir ifaçısıyam. Musiqi təhsilim var. Daxili Qoşunlar Orkestrinə işə düzələ bilərəmmi ?

Daxili Qoşunların Baş İdarəsində yoxlamadan keçdikdən sonra müvafiq tələblərə (boy, çəki, təhsil və s.) cavab verdiyiniz halda.

4

İdmançıyam, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuşam. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində xidmət etmək istəyirəm.

Məlumat üçün bildiririk ki, Daxili Qoşunlarda xidməti ərazi üzrə hərbi xidmətə yararlı, fiziki hazırlığı müəyyən edilmiş minimum normativdən, boy həddi 175 sm-dən aşağı və yaşı 25-dən yuxarı olmayan həqiqi hərbi xidmət keçmiş, subay, Azərbaycan Respublikasının vətəndaşlarının könüllülük əsasında gizir və müddətdən artıq həqiqi hərbi qulluqçu vəzifələrində xidmətə qəbul edilməsi üçün namizədlərin seçilməsi həyata keçirilir.

5

İxtisaslı sürücüyəm, Daxili Qoşunlarda xidmət edə bilərəmmi?

Yalnız müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul edilə bilərsiniz.

6

Erməni separatçılarına qarşı aparılan döyüşlərində Daxili Qoşunların tərkibində vuruşmuşam, özüm haqqında arxiv materiallarını necə əldə edə bilərəm?

Daxili Qoşunların Baş İdarəsinə müraciət etməklə.

7

Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olmaq üçün TQDK-nın müəyyən etdiyi hansı qrupun fənləri üzrə imtahan verməliyəm?

IV ixtisas qrupu üzrə.

8

Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul qaydaları haqqında öyrənmək istəyirəm. Bunun üçün kimə müraciət etməliyəm və hansı şərtlər tələb olunur?

Məlumat üçün bildiririk ki, hər il aprel ayının 4-nə kimi Daxili Qoşunların Baş İdarəsinə müraciət etmiş, elektron qaydada Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının IV ixtisas qrupu üzrə qeydiyyatından, eləcə də Daxili Qoşunlarda sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına göndərilir.

9

Daxili Qoşunlarda xidmətə qəbul olunmaq üçün yaş məhdudiyyəti nə qədərdir?

Məlumat üçün bildiririk ki, Daxili Qoşunlarda xidməti ərazi üzrə hərbi xidmətə yararlı, fiziki hazırlığı müəyyən edilmiş minimum normativdən, boy həddi 175 sm-dən aşağı və yaşı 25-dən yuxarı olmayan həqiqi hərbi xidmət keçmiş, subay, Azərbaycan Respublikasının vətəndaşlarının könüllülük əsasında gizir və müddətdən artıq həqiqi hərbi qulluqçu vəzifələrində xidmətə qəbul edilməsi üçün namizədlərin seçilməsi həyata keçirilir.

10

Daxili Qoşunlarda xidmətə qəbul olunmaq üçün hansı sənədlər tələb olunur?

1.Doğum haqqında şəhadətnamənin surəti – 2 ədəd (notarius) 2.Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd (notarius) 3.Attestatın surəti – 2 ədəd (notarius) 4.Diplomun surəti – 2 ədəd (notarius) 5.Sürücülük vəsiqəsinin surəti – 2 ədəd (notarius) 6.Hərbi biletin surəti – 1 ədəd 7.Yaşayış yerindən və ailə tərkibi haqqında arayış və xasiyyətnamə –2 ədəd 8.İşləmədiyi haqqında arayış – 2 ədəd 9.Fotoşəkil 9x12 – 2 ədəd, 3x4 ölçüdə – 2 ədəd