«Mən qardaş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksək inkişafından qürur duyuram. Azərbaycan dövləti belə qoşunlarla fəxr edə bilər».

Ordu generalı Fevzi Türkeri,
Türkiyə Cümhuriyyətinin sabiq
Jandarm Baş Komandanı

«Daxili Qoşunlar qısa müddətdə təqdirəlayiq inkişaf yolu keçib. İnanırıq ki, gələcəkdə bu proses daha da intensivləşəcək».

İşıq Koşaner,
Türkiyə Jandarma Qüvvələrinin sabiq Baş Komandanı,
ordu generalı, 2006-cı il


«Azərbaycan Daxili Qoşunlarda gedən inkişafdan məmnunuq, gələcəkdə də bu istiqamətdə daha böyük uğurların qazanılması  üçün öz dəstəyimizi əsirgəməyəcəyik».
İbrahim Açıqmeşə,

Türkiyə Jandarma Qüvvələri Komandanlığının sabiq Baş Qərargah rəisi,
general-polkovnik, 2008-ci il, may


 «Azərbaycanın Daxili Qoşunlarından öyrənə biləcəyimiz məqamlar var».

Sergey Topçiy,
Rusiya Federasiyası DİN Daxili
Qoşunlar Baş Komandanının müavini


«Azərbaycanlı məzunlar nizam-intizamlı və məsuliyyətlidirlər».

Fikrət Demirtaş,
Türkiyə Jandarma Qüvvələrinin
general-polkovnik
2008-ci il, avqust


«Milli Qvardiya ilə Azərbycan Daxili Qoşunları arasında oxşarlıq var. Bu gün iki qrum arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar açılıb».
Hari Uayat

ABŞ-ın Oklahoma ştatının
Milli Qvardiyasının Komandanı,
general-mayor  2008-ci il, aprel


«Daxili Qoşunlar az müddətdə Avropa standartlarına yüksələ bilib. Qoşunların hazırlıq səviyyəsini Almaniya, İtaliya, Türkiyə və Macarıstan polislərinin hazırlıq səviyyəsilə müqayisə etmək olar».

Sven Unger,
Almaniyanın Şlezviq Holştayn Federativ
Əyalət Polisinin əməkdaşı,
2008-ci il, iyun


«Daxili Qoşunlarda son illərdə gedən inkişaf prosesi qənaətbəxşdir. Qoşunlar öhdəliklərin yerinə yetirilməsində mühüm addımlar atmışdır».

Corc Katsirdakis, NATO-nun Müdafiə
siyasəti və planlaşdırma idarəsinin rəisi
2007-ci il, noyabr


«Daxili Qoşunların hazırlığını yüksək qiymətləndiririk, onların beynəlxalq təlimlərdə göstərdikləri bacarıq bunu deməyə əsas verir».

Con Mak Qreqoru, ATƏT-in Hərbi-siyasi
məsələlər üzrə şöbəsinin rəisi, komandir-leytenant
2008-ci il, yanvar


«Daxili Qoşunlardakı hərtərəfli inkişaf məni çox sevindirir. Xüsusi Təyinatlıların hazırlığını xüsusi qeyd etmək istərdim».

Can Haycou, Çin Xalq Respublikasının
Azərbaycandakı sabiq
fövqəladə və səlahiyyətli səfiri
2007-ci il, iyul


«Daxili Qoşunlar ildən-ilə təkmilləşərək dövlətə, dövlətçiliyə sədaqətini hər an göstərməyə hazır olan, özünün peəıkarlığı ilə seçilən bir quruma çevrilmişdir».

Daxili İşlər Naziri
general-polkovnik Ramil Usubov


«Mən qardaş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksək inkişafından qürur duyuram. Azərbaycan dövləti belə qoşunlarla fəxr edə bilər».
                                     
Ordu generalı Fevzi Türkeri,
Türkiyə Cümhuriyyətinin sabiq
Jandarm Baş Komandanı


«Daxili Qoşunlar qısa müddətdə təqdirəlayiq inkişaf yolu keçib. İnanırıq ki, gələcəkdə bu proses daha da intensivləşəcək».

İşıq Koşaner,
Türkiyə Jandarma Qüvvələrinin sabiq Baş Komandanı,
ordu generalı, 2006-cı il


«Azərbaycan Daxili Qoşunlarda gedən inkişafdan məmnunuq, gələcəkdə də bu istiqamətdə daha böyük uğurların qazanılması  üçün öz dəstəyimizi əsirgəməyəcəyik».
İbrahim Açıqmeşə,

Türkiyə Jandarma Qüvvələri Komandanlığının sabiq Baş Qərargah rəisi,
general-polkovnik, 2008-ci il, may


«Azərbaycanın Daxili Qoşunlarından öyrənə biləcəyimiz məqamlar var».

Sergey Topçiy,
Rusiya Federasiyası DİN Daxili
Qoşunlar Baş Komandanının müavini


«Azərbaycanlı məzunlar nizam-intizamlı və məsuliyyətlidirlər».
Fikrət Demirtaş,

Türkiyə Jandarma Qüvvələrinin
general-polkovnik
2008-ci il, avqust


«Milli Qvardiya ilə Azərbycan Daxili Qoşunları arasında oxşarlıq var. Bu gün iki qrum arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar açılıb».
Hari Uayat

ABŞ-ın Oklahoma ştatının
Milli Qvardiyasının Komandanı,
general-mayor  2008-ci il, aprel


«Daxili Qoşunlar az müddətdə Avropa standartlarına yüksələ bilib. Qoşunların hazırlıq səviyyəsini Almaniya, İtaliya, Türkiyə və Macarıstan polislərinin hazırlıq səviyyəsilə müqayisə etmək olar».

Sven Unger,
Almaniyanın Şlezviq Holştayn Federativ
Əyalət Polisinin əməkdaşı,
2008-ci il, iyun


«Daxili Qoşunlarda son illərdə gedən inkişaf prosesi qənaətbəxşdir. Qoşunlar öhdəliklərin yerinə yetirilməsində mühüm addımlar atmışdır».

Corc Katsirdakis, NATO-nun Müdafiə
siyasəti və planlaşdırma idarəsinin rəisi
2007-ci il, noyabr


«Daxili Qoşunların hazırlığını yüksək qiymətləndiririk, onların beynəlxalq təlimlərdə göstərdikləri bacarıq bunu deməyə əsas verir».


Con Mak Qreqoru, ATƏT-in Hərbi-siyasi
məsələlər üzrə şöbəsinin rəisi, komandir-leytenant
2008-ci il, yanvar


«Daxili Qoşunlardakı hərtərəfli inkişaf məni çox sevindirir. Xüsusi Təyinatlıların hazırlığını xüsusi qeyd etmək istərdim».

Can Haycou, Çin Xalq Respublikasının
Azərbaycandakı sabiq
fövqəladə və səlahiyyətli səfiri
2007-ci il, iyul

«Tətbiq edilən silah və xüsusi vasitələrin istifadəsi sahəsində Azərbaycan Daxili Qoşunları ilə təcrübə mübadiləsi aparmağa dəyər».

Viktor Filistoviç, Belarus Daxili İşlər Nazirliyinin İdarə rəisi,
milis general-mayoru, 2008-ci il, iyul


«Daxili Qoşun əsgərinə məhəbbətim böyükdür. Mən müharibədə Daxili Qoşunların əsgərlərinin şücaətini çox görmüşəm. Ağır sınaqlardan keçərək formalaşan Daxili Qoşunların Vətən qarşısında xidmətləri böyükdür. Daxili Qoşunların keçdiyi yol həqiqətən də gənclərə bir örnəkdir.
İnanıram ki, bu gün də Daxili Qoşunlar Vətənə naminə, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda hər bir fədəkarlığa qadirdir».

Tirmə Qurbanova,
Milli Qəhrəman Mətləb Quliyev
adına 3 saylı orta məktəbin direktoru

«Daxili Qoşunların son illərdəki fəaliyyəti təqdirəlayiqdir. Ölkədə baş vermiş iğtişaşlar, qanunazidd hərəkətlərin qarşısını məhz Daxili Qoşunların qüvvəsi ilə aradan qaldırılıb. Qoşunlar belə cəsarətli zabit və əsgərləri ilə fəxr edə bilər».

Nizami Cəfərov,
Atatürk Araşdırmalar
Mərkəzinin direktoru,
millət vəkili, elmlər doktoru


«Daxili Qoşunlar çox çətin və sərt sınaqlarla dolu yol keçərək, öz dövlətinə, dövlətçiliyinə, xalqına sədaqətli bir qurum kimi formalaşmışdır. Daxili Qoşunlar sabitliyin qarantıdır. Azərbaycan vətəndaşı onun əmin-amanlığını qoruyan Daxili Qoşunlara hörmətlə yanaşır».

Xalidə Bayramova
Bakı Şəhər Səbail Rayon İcra
Hakimiyyəti başçısının müavini,
“Ziyalı qadınlar” klubunun prezidenti


 «Daxili Qoşunlarla tanışlığım məndə çox müsbət fikirlər formalaşdırdı. Dövlətçiliyə bağlılıq, öz vəzifə borclarına məsuliyyətlə yanaşmaq hərbi qulluqçularınıza xas olan xüsusiyyətlərdir. Vətəni qorumağa məhz belə oğullar gərəkdir».

Aydın Mirzəzadə,
Millət vəkili


«Daxili Qoşunların şəxsi heyəti ilə görüşməyi özümə mənəvi borc bilirəm. Onların şərəfli döyüş və xidmət yolu sübut edir ki, Daxili Qoşunlar Azərbaycan dövlətçiliyinin keşiyində müsəlləh dayanmışdır».

Çingiz Abdullayev,
Azərbaycanın xalq yazıçısı

 

Təşəkkür məktubları

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  
Daxili  Qoşunlarının  Baş  İdarəsinə

 Daxili Qoşunların nümunəvi-göstərici orkestri xahişimizi nəzərə alaraq 15.09.2014-cü il tarixdə məktəbimizdə “Bilik” gününə həsr olunmuş tədbirdə çox yüksək səviyyədə çıxışlar etmişdir. Hərbi marşlar, hərbi musiqi zamanından və məkanından asılı olmayaraq insanları mübarizəyə və qələbəyə səsləyir. İlk dərs günündə marş sədaları altında bütün şagirdlərimiz məktəbə daxil oldular. İfaları ilə qonaqlarımızda və şagirdlərimizdə ruh yüksəkliyi yaratdıqlarına görə kollektivinizə minnətdarıq. “Bakı Modern Məktəbi”nin kollektivi xüsusilə, Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədova dərin minnətdarlığını bildirir. Arzu edirik ki, ordumuzun zəfər günündə qələbə marşını Sizin orkestrin ifasında eşidək.

Hörmətlə, G.O.Əfəndiyeva,
"Bakı Modern Məktəbi"nin direktoru

 

Əsgər valideynlərinin məktubları
 

Daxili  İşlər   Nazirinin   müavini -
Daxili     Qoşunların     Komandanı 
general-mayor Şahin Məmmədova

 

Hörmətli cənab Komandan!

Övladım İlkin Əliyev 14.07.2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılmış və Daxili Qoşunların 67987 saylı hərbi hissəsinə göndərilmişdir. Qısa müddət keçməsinə baxmayaraq, övladımıza baş çəkərkən burada yüksək rütbəli zabitlərdən tutmuş bütün hərbi qulluqçuların əsgərlərə göstərdikləri diqqət və qayğıdan, xoş rəftardan çox məmnun qaldıq. 

Avqust ayının 4-də oğlum İlkinin ad günü hərbi hissədə qeyd olunmuş və bu hal əsgərlərdə böyük ruh yüksəkliyi yaratmışdır. Xidmət edən bütün əsgərlər kimi övladım İlkin Əliyev də burada yaradılan şəraitdən, təmizlikdən, qidaların yüksək səviyyədə olmasından, rəhbərlik tərəfindən göstərilən diqqətdən çox razı qaldığını bildirir. 

Bütün bunlara görə əsgərlər valideynləri adından övladlarımıza göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə, Əliyev Firuz Əsgər oğlu
06.08.2014

 

Daxili  İşlər   Nazirinin   müavini -
Daxili     Qoşunların     Komandanı 
general-mayor Şahin Məmmədova

Hörmətli cənab Komandan!

Biz İmişli rayonunun Yalavac kənd sakinləri Kazımov Qədim İsrafil oğlu və Kazımova Vəsilə Əlizadə qızı bu məktubla sizə bildiririk ki, oğlumuz Kazımov Araz Qədim oğlu 2013-cü ilin oktyabr ayında hərbi xidmətə qəbul edilmiş və Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. Övladımız bütün əsgərlər kimi yaxşı xidmət edərək komandirlərinin rəğbətini qazanmışdır.

Xidmətinin 7-ci ayında oğlum A.Kazımov sinir diaqnozu ilə Daxili Qoşunların Hərbi Hospitalına yerləşdirilmişdir. Bu xəbəri eşidəndə bir valideyn kimi pis olsaq da, bunu normal qarşıladıq. Çünki hər bir insanın sağlamlıq durumunda problem yarana bilər. Lakin bu problemin vaxtında aşkarlanaraq, aradan qaldırılması Azərbaycan əsgərinə olan diqqətin nəticəsidir. Sağ olsun yaxşı insanlar - mənə ürək-dirək verən Heydərov Şəmsəddin, Muxtarova Nərmin, Məmmədova Şükufə kimi hərbçi həkimlərimiz. Onlar çox böyük səy göstərərək oğlumun sağlamlıq durumunu özünə qaytardılar. Yuxarıda adları göstərilən həkimlər sözün əsl mənasında vəzifələrinə məsuliyyətlə yanaşaraq əllərindən gələni əsirgəmədilər. 

Valideyn kimi bir daha Sizə öz minnətdarlığımızı bildiririk. Ona görə ki, Siz Ali Baş Komandanımızın şəxsi heyətə qarşı son dərəcə diqqətin artırılması istiqamətində verdiyi əmr və göstərişlərini layiqincə yerinə yetirirsiniz. İndi biz valideynlər tam əminliklə öz övladlarımızı orduya və torpaqlarımızın azadlığı uğrunda döyüşlərə göndərə bilərik. 

Bir daha sizə öz minnətdarlığımızı bildiririk. 

Hörmətlə, Kazımov Qədim İsrafil oğlu
09.08.2014