Respublika günü ərəfəsində Səbail rayon İcra Hakimiyyəti (RİH) və rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə «N» saylı hərbi hissədə tədbir keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın bir sıra nazirliklərin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli əməkdaşları ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm olaraq davam etdirilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilmişdir. Trend-in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və millət vəkili Aydın Mirzəzadə iştirak etmişlər.
Martın 13-də Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində “Şahinlər” hərbi-idman oyunlarının rayon məktəbləri üzrə final mərhələsi keçirilib.
Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və “Çağ Öyrətim İşlətmələri” şirkətinin birgə layihəsi əsasında Quba şəhərində təşkil olunan “Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü düşərgədə Bakı yeniyetmələrinin yay istirahəti başa çatmışdır.