DAXİLİ QOŞUNLARIN HƏRBİ İNSTİTUTUNUN STRUKTURU
 

Daxili Qoşunların Hərbi İnstitutu Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhər Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılmışdır.

Azərbaycan və Türkiyə dövləti 31.10.1997-ci il tarixində Türkiyə Jandarm təşkilatı tərəfindən DQBİ-nin şəxsi heyətinə Təlim-tədris və Arxa cəbhə üzrə göstəriləcək yardıma dair imzalanmış Protokolun tələblərinə uyğun olaraq,  Daxili Qoşunlarda müasir tələblərə cavab verən Tədris müəssisəsinin yaradılmasına start verilmişdir. 

05 iyul 2001-ci il tarixdə Daxili Qoşunlar Komandanının müvafiq əmrilə Tədris Mərkəzi kimi fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında "N" saylı hərbi hissə yaradılmış və Azərbaycan Respublikası  Nazirlər Kabinetinin  17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi yaradılmışdır.

04 iyul 2008-ci il tarixində Azərbaycan Respublikası Daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunmuşdur.

Daxili İşlər nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutu Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta Ixtisas Hərbi məktəbinin bazasında yaradılmışdı.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 09 iyul tarixli Fərmanı ilə Daxili Qoşunların Hərbi İnstitutunun Nizamnaməsi təsdiq edilmişdir.

 

DAXİLİ QOŞUNLARIN HƏRBİ İNSTİTUTUNA QƏBUL QAYDALARI

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.


Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma –  çəkisi 80 kq-dək – 10 dəfə və çəkisi 80 kq-dan yuxarı – 8 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılıb - endirilməsi – 20 dəfə, gövdənin döşəmədən qaldırılıb - endirilməsi – 20 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

İnstitutu müvəffəqiyyətlə bitirmiş məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2024-cü ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul edilmir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, R.Hüseynov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
 
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti);
– yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin  notarial qaydada təsdiq edilmiş surətləri;
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti);
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda);
– yaşayış yeri və ailə tərkibi haqqında arayış, 2 nüsxədə.

 

HƏRBİ TƏHSİL

  DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar üçün ali xüsusi – hərbi təhsilli kadrların hazırlanmasını, zabit və gizirlərin ixtisaslarının artırılmasını və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir.

 

Daxili Qoşunların Hərbi İnstitutu “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası üzrə kadrların hazırlanmasını həyata keçirir.


Hərbi İnstitutda tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir. Təhsil müddəti dörd ildir.

Hərbi İnstitutda mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Bakalavriat səviyyəsində aparılır.

Bakalavriat – ali təhsilin birinci səviyyəsidir. Bakalavriat təhsili səviyyəsində tam orta təhsil bazasında təhsil proqramları  üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. 
Hərbi İnstitutu bitirən məzunlara  “bakalavr”  ali peşə-ixtisas dərəcəsi, qanunvericiliklə nəzərdə tutulmuş diplom, döş nişanı, 3-cü məharət dərəcəsi və Daxili İşlər Nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilir.

Daxili Qoşunların Hərbi İnstitutunun məzunlarına  aşağıdakı ixtisasların verilməsi nəzərdə tutulur:

- Hərbi ixtisas  -  “Ali xüsusi-hərbi təhsilli zabit”
- Mülkü ixtisas -  “İctimai təhlükəsizlik və idarəetmə” bakalavr dərəcəsi.

4 illik   təlim - tədris   müddətində   cəmi   7200   saat   dərs və praktiki təlim   planlaşdırılmışdır.

Kursantlar təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar.

Tədris ili sentyabr ayında başlayır və imtahan sessiyası ilə qurtaran  iki semestrə bölünür. Hər semestr 20 həftədən ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Hərbi İnstitutun təlim və tədris üzrə əsas məqsədi hər bir kursantı:

- liderlik, idarəçilik, komandirlik keyfiyyətlərinə sahib,

- peşəsini  sevən,  cəsurluq,  fədakarlıq,  dürüstlük kimi  keyfiyyətləri qazanmış, ədalətli müasir düşüncəyə sahib,
- rəhbərlik etdiyi kollektivin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq bacarığına malik,
- verilən tapşırıqları ona verilmiş səlahiyyətlər çərçivəsində keyfiyyətlə və vaxtında  yerinə yetirən,
- biliklərə və praktiki vərdişlərə malik olan, hərbi hissələrin (bölmələrin) döyüş həmçinin xüsusi əməliyyatlarını təşkil və idarə etməyi, silah , hərbi texnikanın səmərəli istismarını, təmirini, şəxsi heyətlə təlim , tərbiyə işini qurmağı, qanunlara müəyyən edilmiş qaydalara ciddi əməl olunmasını təmin etməyi bacaran,
- Vətənə, dövlətə,  dövlətçiliyə   həmçinin  hərbi  anda  sadiqlik,  hərbi  xidmətin çətinliklərinə dözümlülük keyfiyyətlərinə malik, Azərbaycan Respublikasının qanunlarına və hərbi nizamnamələrinin tələblərinə sözsüz əməl etməyə qadir və bunları şəxsi heyətə aşılamağı bacaran,
- yüksək  hərbi - peşə   keyfiyyətlərinə,   icraçılıq   qabiliyyətinə,   hərbi   xidmətin   bütün çətinliklərinə dözməyə, şərait tələb etdikdə həyatı bahasına olsa belə əmri yerinə yetirməyə qadir olan,
- yüksək peşəkarlığa, lazımi hərbi mədəniyyətə və hərbi etikaya  malik  olan,  ümumelmi fənləri dərindən bilən, hərbi xidmətdə qarşıya çıxan çətinlikləri qanunların və müəyyən edilmiş qaydaların tələblərinə uyğun həll etməyi, habelə şəxsi heyəti vətənpərvərlik ruhunda yetişdirməyi bacaran,
- rəhbərlik  etdiyi bölmənin vəzifə analizini və təlim tapşırıqlarını müəyyən etməyi bacaran, yuxarı komandanlığın əmrləri əsasında təlim proqramını tərtib edə bilən, təlim məşğələlərini yüksək səviyyədə təşkil edərək bölməsinə öyrədə bilən bir komandir  hazırlamaqdır,
- Daxili Qoşunların 
Hərbi İnstitutunda təlim – tədrisin məqsədi kursantları  taqım komandiri, bölük komandiri səviyyəsində hazırlamaqdır.

Xızı  təlim mərkəzində təlim – tədrisin məqsədi, kursantların (müdavimlərin) nəzəri biliklərinin möhkəmləndirilməsi,  praktiki  vərdişlərinin artırılması, döyüş şərtlərinə yaxın şəraitlərdə bölmələrin idarə edilməsi üsullarına yiyələnmələrini həmçinin   təhkim   olunmuş  silah   və   texnikanı    mükəmməl   mənimsənilməsinin  təmin  edilməsidir.

Təlim – tədrisin planlaşdırılması zamanı aşağıda göstərilən  cəhətlər  də  nəzərə  alınır:
- kursantlara Daxili Qoşunların ehtiyaclarına və dövrün tələblərinə uyğun təhsilin verilməsi və qazandıqları bilikləri nə vaxt, harada, necə tətbiq edəcəkləri praktiki olaraq göstərilir, təlim – tədrisdə kursantların savadlı və bacarıqlı bir hərbi qulluqçu kimi hazırlanmasına fikir verilir, sistemli bir şəkildə fərdi və qrup halında çalışmalar təşkil edilib keçirilir.

 

                                                                                                        KURS BİRİNCİSİ OLDU

 Daxili Qoşunların sıralarında nizam-intizamı, yüksək döyüş hazır­lığı və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçulardan biri də gizir Tural Hüseynovdur. O, iyun ayının 6-da Daxili Qoşunların Ali Hərbi Məktəbinin gizir hazırlayan kursun 11-ci dönəmini müvəffəqiyyətlə bitirərək məzunlar arasında birinci yerə layiq görülmüşdür.

Gizir Tural Miqadil oğlu Hüseynov 1990-cı il yanvarın 8-də Salyan rayonunun Qarabağlar kəndində anadan olub. 2008-2009-cu illərdə Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət keçib. Xidməti dövründə Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə kiçik komandir hazırlayan kursu bitirərək, "çavuş" hərbi rütbəsinə layiq görülüb. 2012-ci ilin sentyabr ayından hərbi hissədə müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətini davam etdirməyə başlayıb. 

Gizir T.Hüseynov hazırda dəstədə bilik və bacarığı ilə sayılıb-seçilən qrup komandirlərindən biri kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Yüksək nizam-intizamına və nümunəvi xidmətinə görə o, Daxili Qoşunların Komandanı, həmçinin hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.

Daxili Qoşunların hərbi qulluqçusu kimi həmişə bilik və bacarığı, müsbət keyfiyyətləri ilə həmkarlarından fərqlənən və daim öndə olmağa çalışan Tural, bu dəfə də "ənənəsinə" sadiq qalaraq, Daxili Qoşunların Ali Hərbi Məktəbinin gizir hazırlayan kursun 11-ci dönəmini müvəffəqiyyətlə bitirib. Qoşunların müxtəlif hərbi hissələrini təmsil edən məzunlar arasında birinci yerə layiq görülüb. 

Gizir T.Hüseynovun arzusu isə gələcəkdə zabit kimi qoşunların sıralarında xidmətini davam etdirməkdir. Ona görə də daim öz üzərində çalışır, bilik və bacarığını artırmağa səy göstərir.     

Döyüş ənənələri olan hərbi hissəmizi kurs müddətində layiqincə təmsil edərək birincilik əldə etmiş gizir T.Hüseynovu təbrik edir, xidməti fəaliyyətində uğurlar arzulayırıq. Belə hərbi qulluqçularımızla qürur duyuruq. 

 

ALİ HƏRBİ MƏKTƏBDƏ HƏRBİ VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin (MVBHİB) təşəbbüsü ilə iyunun 10-da Daxili Qoşunların Ali Hərbi Məktəbində kursantlar və şəxsi heyət üçün "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı hərbi hissələrin göstərdikləri qəhrəmanlıq nümunələri" mövzusunda tədbir keçirilmişdir.
 
Ali Hərbi Məktəb rəisinin tərbiyə işləri üzrə müavini polkovnik Sahib Babayev çıxışı zamanı MVBHİB-in bu təşəbbüsünü alqışlayaraq, belə bir layihənin həyata keçirilməsinin kursantlar üçün son dərəcə əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qeyd etmişdir ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, onlarda qorxmazlığı, igidliyi, mətinliyi və ən nəhayətdə Vətən sevgisini formalaşdırmaq əsas vəzifələrimizdəndir. Polkovnik S.Babayev əlavə etmişdir ki, dövlət və dövlətçiliyimizin gücləndirilməsi naminə hərbi qulluqçular və gənclər arasında qəhrəmanlıq nümunələrinin təbliğinə böyük ehtiyac var.
 
Tarixi keçmişimizdə və müasir dövrümüzdəki döyüş əməliyyatlarının müqayisəli təhlilini aparan ictimai birliyin sədri polkovnik Əzizağa Qənizadə isə diqqətə çatdırmışdır ki, dövründən asılı olmayaraq baş vermiş hadisələr araşdırılmalı və qazanılan uğurlar, əldə olunan nailiyyətlər sistemli olaraq şəxsi heyətə çatdırılmalıdır. Qarabağ savaşında Azərbaycan əsgərinin yenilməz olduğunu vurğulayan natiq fikrini vətənpərvər ifadələrlə izah etdi: “Qarabağ savaşında Azərbaycan əsgəri uduzmadı, məğlub olan səriştəsiz rəhbərlərin yarıtmaz siyasəti idi. Bu bir faktdır ki, sağlam mənəvi-psixoloji keyfiyyətlərə malik Azərbaycan əsgəri yüksək döyüş hazırlığına malikdir. O zaman da belə idi, bu gün də belədir”.
 
Sonra ictimai birliyin digər üzvləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda mühazirələr oxunmuş və torpaqlarımızın azadlığı uğrunda həyata keçirilən əməliyyatları əks etdirən film nümayiş olunmuşdur. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan bu layihə Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin ali təhsil müəssisələrində də həyata keçirilmişdir. 
 
 
 
DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNDƏ MƏZUNLARIN BURAXILIŞ MƏRASİMİ KEÇİRİLİB 
 
İyulun 9-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə Döyüş Bayrağının təqdim olunmasına və Orta İxtisas Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr edilmiş təntənəli mərasim keçirilmişdir. 

Tədbirdə respublikanın Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov iştirak etmişdir. Əvvəlcə Daxili İşlər Nazirinin qarşılanması olmuş, nazir müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport vermişdir. Nazir şəxsi heyəti salamlamış, əlamətdar hadisələr münasibətilə onları təbrik etmişdir. Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olunmuşdur. Daxili İşlər Naziri ölkə Prezidentinin müvafiq fərmanı ilə verilmiş döyüş bayrağını Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədova təqdim etmişdir. Azərbaycanın dövlət himni səsləndirilmişdir.
 
Məzunlar adından çıxış edən leytenant Nurlan Məmmədov tədris müddətində aldıqları mükəmməl təhsilə, əldə etdikləri zəruri bilik və praktik vərdişlərə, yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Ali Hərbi Məktəbin pedaqoji kollektivinə minnətdarlığını bildirmiş, onlara göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlarına söz vermişdir.

Nazir müavini - Daxili Qoşunlar Komandanı general-mayor Şahin Məmmədov çıxış edərək respublikamızda milli hərbi kаdrlаrın hаzırlаnmаsı istiqаmətində əhəmiyyətli addımların atıldığını, bu məqsədlə ölkə Prеzidеnti cənab İlhаm Əliyеvin göstərişi ilə səkkiz il öncə Dахili Qоşunlаrın Оrtа İхtisаs Hərbi Məktəbinin yaradıldığını vurğulamışdır. O demişdir ki, artıq 4-cü dəfə buraxılışı olan Оrtа İхtisаs Hərbi Məktəbində hazırlanan kadrlar hərbi hissə və bölmələrin döyüş hazırlığının daim yüksək saxlanılmasında, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində öz bilik və bacarıqlarını əsirgəməyərək Daxili Qoşunların döyüş ənənənlərinə sadiq olduqlarını nümayiş etdirmişlər. Məhz kadr potensialının daha da gücləndirilməsi məqsədilə dövlət başçısının 25 fevral 2011-ci il tarixli sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin əsasında Daxili Qoşunların Ali Hərbi Məktəbi yaradılmışdır. Qeyd olunmuşdur ki, DİN rəhbərliyinin, şəxsən cənab nazirin хüsusi nəzаrət və qаyğısı sаyəsində Ali Hərbi Məktəb qısа bir müddətdə fəаliyyəti üçün zəruri olan bütün şərait və maddi-texniki tədris bazası ilə tam təmin edilmiş, ötən dövr ərzində burada tədris olunan dərslərin, prаktiki və səhrа təlimlərinin kеyfiyyəti qənаətbəхş оlmuş, günün tələblərinə cаvаb vеrmişdir. Məruzəçi peşəkar kadr hazırlığındakı yardıma və bu yöndəki xüsusi səylərinə görə Türkiyə Respublikasının Jаndаrm Bаş Kоmаndаnlığınа da minnətdаrlığını bildirmişdir.

Sonra Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırmışdır. Nazir ümummilli lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların  təkmilləşməsinə də böyük önəm verdiyini, məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı ilə onun formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan  peşəkar və mobil bir quruma çevrildiyini məmnunluqla vurğulamışdır. Cənab Ramil Usubov bildirmişdir ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərir, ümumilikdə, Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Məhz möhtərəm dövlət başçısının  tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Təsadüfi deyil ki, Daxili Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilmişdir. Daxili İşlər Naziri Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd etmiş, şəxsi heyətin yüksək döyüş hazırlığına görə Daxili Qoşunların Komandanlığına minnətdarlığını bildirmişdir.
 
Nazir Daxili Qoşunların torpaqlarımızın müdafiəsində fədakarlıq göstərdiyini, yüzlərlə şəhid verdiyini, sonrakı illərdə ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirdiyini, yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik olduğunu məmnunluqla vurğulamışdır.  O demişdir ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə hərbi hissələrdə olması, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanması və göstərdiyi qayğı hərbi qulluqçuların döyüş ruhunun yüksəlməsinə təkan verir, onların Vətənə, xalqa xidmət əzmini daha da artırır.  İctimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyi ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirilir, hərbi qulluqçular müxtəlif dövlət mükafatları ilə təltif olunur.

Qeyd olunmuşdur ki, son illərdə Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bakı qarnizonunda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə abadlıq-quruculuq işləri aparılmış, yeni hərbi şəhərciklər, o cümlədən əsgər kazarmaları tikilmiş, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış kompleksləri istifadəyə verilmişdir.

Sonda Daxili İşlər Naziri şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmiş və onu əmin etmişdir ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri və tapşırıqları bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Sonra məzunlara diplomlar təqdim olunmuşdur. Məktəbi fərqlənmə ilə bitirmiş leytenant Seymur Mehrəliyev "Yaş kötüyü"nə xatirə lövhəsini vurmuşdur. Tədbirin rəsmi hissəsi "Ali Hərbi Məktəbin marşı"nın sədaları altında şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatmışdır.
 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı 
 

 

 İLK DƏFƏ OLARAQ ALİ HƏRBİ MƏKTƏBİN KURSANTLARI VƏTƏNƏ SƏDAQƏT ANDI İÇDİLƏR

 Sentyabrın 12-də Daxili Qoşunların Ali Hərbi Məktəbində ilk dəfə olaraq kursantların təntənəli şəkildə andiçmə mərasimi keçirildi. Tədbir Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədovun Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanına şəxsi heyətin mərasimə düzülməsi barədə məruzəsi ilə başlandı. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.

Kursantlar hərbi anda gətirildikdən sonra ilk olaraq çıxış edən məktəb rəisi general-mayor İ.Məmmədov bu günü Ali Hərbi Məktəbin tarixində baş verən əlamətdar hadisə kimi qiymətləndirərək zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirdi. Qeyd etdi ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü Ali Hərbi Məktəbin komandir və müəllim heyəti var gücü ilə çalışacaqdır.

Çıxış zamanı kursantların təhsili üçün Ali Hərbi Məktəbdə yüksək standartlara cavab verən maddi-texniki tədris bazası və məişət şəraitinin yaradıldığı, abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyi vurğulandı. Daxili Qoşunların müasir silah və texnika ilə tam təchiz olunduğunu söyləyən general-mayor İ.Məmmədov torpaqlarımızın düşmən tapdağından azad olunmasında gələcək zabitlərin də öz sözlərini deyəcəklərinə əminliyini ifadə etdi.

Kursant Xəyal Zeynalov isə öz növbəsində bütün yoldaşları adından Vətəni göz bəbəkləri kimi qoruyacaqlarına, lazım gələrsə, onun uğrunda canlarını fəda edəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına söz verdi.

Valideynlər adından çıxış edən İlqar Məhərrəmov  bütün valideynləri təbrik edərək, bu keşməkeşli, lakin müqəddəs və şərəfli yolda hər bir kursanta müvəffəqiyyət arzuladı. Onları mükəmməl hərbi biliklərə yiyələnərək, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmrləri layiqincə yerinə yetirməyə və Vətənə sədaqətlə xidmət etməyə çağırdı.

Daha sonra təbrik və tövsiyələrini çatdıran Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general – mayor Şahin Məmmədov hərbi andiçmə günü münasibəti ilə kursantları səmimi qəlbdən təbrik edərək bu andan etibarən onların qoşunların bütün şəxsi heyəti kimi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün  məsuliyyət daşıdıqlarını bildirdi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğısını xüsusilə vurğulayan Daxili Qoşunlar Komandanı bu diqqətin hər bir hərbi qulluqçunu öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığını söylədi.

General-mayor Ş.Məmmədov sonda bir daha qoşunların sıralarına yeni qoşulan gənclərin daim Vətənimiz Azərbaycana sədaqət hissi ilə xidmət edəcəklərinə, mükəmməl hərbi biliklərə yiyələnəcəklərinə və dövlətimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklərinə inandığını bildirdi.

Təntənəli mərasimdə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Nevzat Taşdelen iştirak etmişdir.

  Tədbir şəxsi heyətin təntənəli keçidindən sonra Ali Hərbi Məktəbin marşının ifası ilə başa çatdı.

 

DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNDƏ YENİ TƏDRİS İLİNİN AÇILIŞI OLMUŞDUR

Sentyabrın 15-də DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2014-2015-ci təlim-tədris ilinin açılış mərasimi keçirilmişdir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.

Mərasimdə çıxış edən Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov yeni tədris ilinin açılışı münasibətilə şəxsi heyətə, pedaqoji kollektivə, eləcə də Ali Hərbi Məktəbə bu il daxil olmuş kursantlara Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun  təbrik və tövsiyələrini çatdırmışdır.

Təbrikdə qeyd olunmuşdur ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən daha da gücləndirilmiş müstəqil Azərbaycanın Silahlı Qüvvələrində Vətənə xidmət etməkdən şərəfli heç nə ola bilməz. Yalnız Vətəni sevməklə onu qorumaq mümkün deyil, bunun üçün peşəkarlıq da tələb olunur: "Siz kursantların peşəkar zabit kimi formalaşması üçün ölkə prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların Ali Hərbi Məktəbində bütün şərait yaradılıb. Hər bir müəllim, komandir dövlətimiz qarşısında öz məsuliyyətini dərk edir, qarşıya qoyulmuş tapşırıqları keyfiyyətlə yerinə yetirir".

 Hərbi məktəbin kollektivinə inamın ifadə olunduğu təbrikdə Daxili Qoşunların Komandanı bir daha şəxsi heyəti səmimi qəlbdən təbrik etmiş, onlara yeni dərs ilində uğurlar, müvəffəqiyyətlər arzulamışdır.

Şəxsi heyətin təntənəli keçidindən sonra açılış mərasimi sona çatmışdır. Qeyd edək ki, yeni tədris ilinin ilk dərsi Ali Hərbi Məktəbin rəisi tərəfindən keçirilmişdir. DİN-in Daxili Qoşunlarının yaranma tarixi, formalaşma dövrü, Qarabağ savaşındakı qəhrəmanlıq nümunələri, o cümlədən qoşunların qarşısında duran vəzifələr barədə kursantlara ətraflı məlumatlar verilmişdir. 

 

UNUDULMAZ ANLAR

 2014-cü ildə ölkəmizin ali təhsil ocaqları sırasına biri də əlavə olundu. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli sərəncamı ilə yaradılmış, 09 iyul 2012-ci il tarixli fərmanı ilə əsasnaməsi təsdiq olunmuş Azərbaycan Republikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin qapıları ömrünü hərbi sənətə bağlamaq istəyən gənclərimizin üzünə açıldı.

Daxili Qoşunlar üçün peşəkar zabit kadrları hazırlamaq məqsədilə yaradılmış bu Ali Hərbi Məktəb ilk gündən daxili nizam-intizamı, tədris və təlimin keyfiyyəti, kursantların mənəvi-psixoloji hazırlığına xüsusi diqqət yetirməsi ilə seçilməyə başladı.

Fəaliyyətə başladığı gündən cəmi bir neçə ay keçməsinə baxmayaraq, Ali Hərbi Məktəbin pedaqoji kollektivi bir neçə dərs vəsaiti, təbliğat və tərbiyəvi xarakterli kitabçalar hazırlayaraq müdavimlərə təqdim etməyə imkan tapıb.

Hərbi xidmətin yüksək səviyyədə təşkil olunmasının təminatçısı zabitdir. Buna nail olmaq üçün gələcək komandirlərin təkcə elmi-nəzəri, taktiki-texniki, fiziki hazırlığı kifayət deyil, onların mənəvi-psixoloji durumu da müasir dövrün tələblərinə uyğun olmalıdır. Zabitləri yurdunu, dövlətini və xalqını ürəkdən sevən, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişdirmək üçün müasir İKT-dən, mətbuatın, televiziyanın, kino və teatrın imkanlarından geniş istifadə etmək lazımdır. Buna nail olmaq üçün Daxili Qoşunlar Komandanının göstərişinə əsasən, Ali Hərbi Məktəb rəhbərliyi kursantların alimlər, yazıçılar, incəsənət xadimləri, müharibə və silahlı qüvvələr veteranları ilə görüşlərini planlaşdıraraq bu vacib işin icrasına start verib.

19 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ilk kursantları ilə döyüşçü-şair, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ikinci dərəcəli müharibə əlili, tanınmış pedaqoq  və psixoloq Elxan Xəzər ilə görüşü keçirilmişdir.

Şairin veteran dostları - Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov, sədr müavini Telman Aslanov, şura üzvləri: Səfxan Bayramov, Mehralı Şamxalov, Əlixan Bünyatov və Yalçın Abbasov da onunla birlikdə kursantların görüşünə gəlmişdi.

Görüşü giriş sözü ilə açan polkovnik Sahib Babayev ziyalı, alim, şair və yazıçıların gənclərlə, xüsusən hərbi sahəni seçmiş cavanlarla görüşlərinin əhəmiyyətindən söhbət açdı, belə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəldilməsində böyük rol oynadığını vurğuladı. O qeyd etdi ki, tanınmış yaradıcı insanlardan biri olan Elxan Xəzərlə görüşlərin daha böyük dəyəri var. Ona görə ki, Elxan müəllim gözəl söz ustası olmaqla yanaşı, Daxili Qoşunların veteranıdır. Bir müddət bu hərbi qurumun tərkibində xidmət edib. O, 1992-ci ilin avqustundan 1993-cü ilin martınadək Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edərək iki dəfə yaralanıb. Sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ənvər Arazovun rəhbərlik etdiyi hərbi hissədə döyüş xidməti üzrə komandir müavini olan Elxan Xəzər o dövrdə aparılmış uğurlu əməliyyatların ön sırasında olmuş və 10-dan artıq yaşayış məntəqəsinin azad olunmasında iştirak etmişdi. Hələ cəbhədə olduğu dövrdə qələmə aldığı şeirlərlə əsgərləri döyüşə ruhlandırmışdır. 1993-cü ildə “Səngər nəğmələri” adı ilə çap olunmuş kitabdakı poetik nümunələr həmin dövrün məhsuludur.

İndi şairin 20-dən artıq kitabı nəşr olunub və onların bir çoxu hərbi hissələrimizin kitabxanalarında ən dəyərli tərbiyə vasitəsi kimi əsgər və zabitlərin istifadəsindədir. Polkovnik S.Babayev bildirdi ki, onunla hər görüşü səbrsizliklə gözləyir və müəyyən hazırlıq işləri aparırıq. Elə bu görüşdə də kursantlardan bir neçəsi Elxan Xəzərin şeirlərindən nümunələri tədbir iştirakçılarına təqdim etdi.

Sonra o, Elxan Xəzərin həyat və yaradıcılığı haqqında məruzə etmək üçün müharibə veteranı, hərbi jurnalist Yalçın Abbasova söz verdi. Y.Abbasov hərbçi-şairin həyatı, xidməti fəaliyyəti, döyüş yolu, yaradıcılığı, respublika veteran hərəkatında tutduğu layiqli yeri haqqında geniş məruzə etdi.

Ali Hərbi Məktəbin kursantları Elxan Xəzərin “Türkün hər şeyi var”, “Biz etməsək, kim edəcək”, “Döyüşçü nəğməsi”, “Nicat vuruşdadır”, “İndi hünər vaxtıdır”, “Qoy hamı bilsin ki” şeirlərini söylədilər.

Daxili Qoşunların Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik-leytenant Murad Mürsəlov isə şair dostu ilə bağlı xatirələrini danışaraq Elxan Xəzərə həsr etdiyi şeiri oxudu.

Daha sonra döyüşçü-şair Elxan Xəzər tədbir iştirakçıları qarşısında çıxış edərək kursantlara məsləhət və tövsiyələrini verdi, arzu və istəklərini çatdırdı, müxtəlif kitablara daxil edilmiş şeirlərindən nümunələr səsləndirdi.2014-cü ildə ölkəmizin ali təhsil ocaqları sırasına biri də əlavə olundu. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli sərəncamı ilə yaradılmış, 09 iyul 2012-ci il tarixli fərmanı ilə əsasnaməsi təsdiq olunmuş Azərbaycan Republikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin qapıları ömrünü hərbi sənətə bağlamaq istəyən gənclərimizin üzünə açıldı.

Daxili Qoşunlar üçün peşəkar zabit kadrları hazırlamaq məqsədilə yaradılmış bu Ali Hərbi Məktəb ilk gündən daxili nizam-intizamı, tədris və təlimin keyfiyyəti, kursantların mənəvi-psixoloji hazırlığına xüsusi diqqət yetirməsi ilə seçilməyə başladı.

Fəaliyyətə başladığı gündən cəmi bir neçə ay keçməsinə baxmayaraq, Ali Hərbi Məktəbin pedaqoji kollektivi bir neçə dərs vəsaiti, təbliğat və tərbiyəvi xarakterli kitabçalar hazırlayaraq müdavimlərə təqdim etməyə imkan tapıb.

Hərbi xidmətin yüksək səviyyədə təşkil olunmasının təminatçısı zabitdir. Buna nail olmaq üçün gələcək komandirlərin təkcə elmi-nəzəri, taktiki-texniki, fiziki hazırlığı kifayət deyil, onların mənəvi-psixoloji durumu da müasir dövrün tələblərinə uyğun olmalıdır. Zabitləri yurdunu, dövlətini və xalqını ürəkdən sevən, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişdirmək üçün müasir İKT-dən, mətbuatın, televiziyanın, kino və teatrın imkanlarından geniş istifadə etmək lazımdır. Buna nail olmaq üçün Daxili Qoşunlar Komandanının göstərişinə əsasən, Ali Hərbi Məktəb rəhbərliyi kursantların alimlər, yazıçılar, incəsənət xadimləri, müharibə və silahlı qüvvələr veteranları ilə görüşlərini planlaşdıraraq bu vacib işin icrasına start verib.

19 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ilk kursantları ilə döyüşçü-şair, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ikinci dərəcəli müharibə əlili, tanınmış pedaqoq  və psixoloq Elxan Xəzər ilə görüşü keçirilmişdir.

Şairin veteran dostları - Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov, sədr müavini Telman Aslanov, şura üzvləri: Səfxan Bayramov, Mehralı Şamxalov, Əlixan Bünyatov və Yalçın Abbasov da onunla birlikdə kursantların görüşünə gəlmişdi.

Görüşü giriş sözü ilə açan polkovnik Sahib Babayev ziyalı, alim, şair və yazıçıların gənclərlə, xüsusən hərbi sahəni seçmiş cavanlarla görüşlərinin əhəmiyyətindən söhbət açdı, belə tədbirlərin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəldilməsində böyük rol oynadığını vurğuladı. O qeyd etdi ki, tanınmış yaradıcı insanlardan biri olan Elxan Xəzərlə görüşlərin daha böyük dəyəri var. Ona görə ki, Elxan müəllim gözəl söz ustası olmaqla yanaşı, Daxili Qoşunların veteranıdır. Bir müddət bu hərbi qurumun tərkibində xidmət edib. O, 1992-ci ilin avqustundan 1993-cü ilin martınadək Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edərək iki dəfə yaralanıb. Sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ənvər Arazovun rəhbərlik etdiyi hərbi hissədə döyüş xidməti üzrə komandir müavini olan Elxan Xəzər o dövrdə aparılmış uğurlu əməliyyatların ön sırasında olmuş və 10-dan artıq yaşayış məntəqəsinin azad olunmasında iştirak etmişdi. Hələ cəbhədə olduğu dövrdə qələmə aldığı şeirlərlə əsgərləri döyüşə ruhlandırmışdır. 1993-cü ildə “Səngər nəğmələri” adı ilə çap olunmuş kitabdakı poetik nümunələr həmin dövrün məhsuludur.

İndi şairin 20-dən artıq kitabı nəşr olunub və onların bir çoxu hərbi hissələrimizin kitabxanalarında ən dəyərli tərbiyə vasitəsi kimi əsgər və zabitlərin istifadəsindədir. Polkovnik S.Babayev bildirdi ki, onunla hər görüşü səbrsizliklə gözləyir və müəyyən hazırlıq işləri aparırıq. Elə bu görüşdə də kursantlardan bir neçəsi Elxan Xəzərin şeirlərindən nümunələri tədbir iştirakçılarına təqdim etdi.

Sonra o, Elxan Xəzərin həyat və yaradıcılığı haqqında məruzə etmək üçün müharibə veteranı, hərbi jurnalist Yalçın Abbasova söz verdi. Y.Abbasov hərbçi-şairin həyatı, xidməti fəaliyyəti, döyüş yolu, yaradıcılığı, respublika veteran hərəkatında tutduğu layiqli yeri haqqında geniş məruzə etdi.

Ali Hərbi Məktəbin kursantları Elxan Xəzərin “Türkün hər şeyi var”, “Biz etməsək, kim edəcək”, “Döyüşçü nəğməsi”, “Nicat vuruşdadır”, “İndi hünər vaxtıdır”, “Qoy hamı bilsin ki” şeirlərini söylədilər.

Daxili Qoşunların Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik-leytenant Murad Mürsəlov isə şair dostu ilə bağlı xatirələrini danışaraq Elxan Xəzərə həsr etdiyi şeiri oxudu.

Daha sonra döyüşçü-şair Elxan Xəzər tədbir iştirakçıları qarşısında çıxış edərək kursantlara məsləhət və tövsiyələrini verdi, arzu və istəklərini çatdırdı, müxtəlif kitablara daxil edilmiş şeirlərindən nümunələr səsləndirdi.

 Görüşə yekun vuran general-mayor İlqar Məmmədov Elxan Xəzərin fəaliyyətini yüksək qiymətləndirdi, kursantlarla görüşə gəldiyinə görə ona təşəkkür etdi və əmin olduğunu bildirdi ki, bu görüşdə həm şairin, həm də veteranların səsləndirdiyi fikirlər kursantların mənəvi-psixoloji hazırlığının yüksəlməsinə müsbət təsir göstərəcək. O, Elxan Xəzərin “Fəxri fərman”la təltif olunduğunu bildirdi və mükafatı tədbir iştirakçılarının alqış sədaları altında şairə təqdim etdi.

Görüşün sonunda Elxan Xəzər müxtəlif illərdə nəşr olunmuş kitablarından nümunələri kursantlara hədiyyə edərək onlarla xatirə şəkilləri çəkdirdi. 

 

"DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNİN KURSANTI ADINI DAŞIMAQ BÖYÜK ŞƏRƏFDİR" 

Bu fikirləri general-mayor Şahin Məmmədov Ali Hərbi Məktəbin kursantları ilə görüşündə səsləndirib.
 
 Yanvarın 23-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Qoşunların Ali Hərbi Məktəbində kursantlarla görüşüb. Əvvəlcə o, Ali Hərbi Məktəbdə kursantların təlim-tədrisi üçün yaradılmış şəraitlə maraqlanıb və Məktəbin perspektiv inkişaf planı ilə bağlı tapşırıqlar vermişdir. Daxili Qoşunlar Komandanına məruzə edilib ki, təlim-tədris prosesinin keyfiyyətlə keçirilməsi üçün sinif otaqları, o cümlədən təlim yerləri bütün zəruri avadanlıqlarla təchiz edilib.
 
Sonra Daxili Qoşunların Komandanı zabit-müəllim heyəti və kursantlar qarşısında çıxış edərək onlara tələb və tövsiyələrini çatdırıb.
 
Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantı adını daşımağın böyük şərəf olduğunu diqqətə çatdıran general-mayor Ş.Məmmədov xüsusi olaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış hərtərəfli şəraitə malik bu hərbi təhsil ocağında bundan sonra da quruculuq-abadlıq işləri davam etdiriləcək, gələcəyin əsl hərbçi kadrlarının hazırlanması üçün zəruri tədbirlər həyata keçiriləcək. Əlavə edilib ki, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun göstərişinə əsasən, təlim-tədrisin effektivliyinin artırılması, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə perspektivdə mühüm əhəmiyyət kəsb edən obyektlərin  tikintisi davam etdiriləcək.
 
Çıxış zamanı o da vurğulanıb ki, Daxili Qoşunların kursantı birmənalı olaraq nizam-intizamlı, vətənpərvər olmalı, hərbi biliklərə dərindən yiyələnməli, müəllim kollektivinin, komandir heyətinin tələb və tapşırıqlarına qeyd-şərtsiz əməl etməlidir.
 
Daxili Qoşunların Komandanı çıxışını bu fikirlərlə yekunlaşdırıb: "İnanıram ki, dövlətçiliyimizə sadiq, təmiz əqidəli, sağlam düşüncəli, hərbi sənətin vurğunu olan Daxili Qoşunların kursantları gələcək  xidmətlərində böyük uğurlar əldə edəcəklər".
 
Görüşün sonunda kursantları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.    
 
 
 
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN YÜKSƏK RÜTBƏLİ ZABİTLƏRİ ALİ HƏRBİ MƏKTƏBDƏ OLUB
 
İki qardaş ölkənin müvafiq qurumları arasında səmimi dostluq və əməkdaşlıq uğurla davam etdirilir.
 
 Mayın 27-də Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu Komandanlığında Qərargah rəisinin müavini general-mayor Metin Alpcanın rəhbərlik etdiyi nümayəndə heyəti Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində olublar.
 
Türkiyə Silahlı Qüvvələrinin və digər hərbi qurumların  yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyətini Ali Hərbi Məktəbdə Daxili Qoşunlar Komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev  qəbul edib.
 
Qonaqları səmimi salamlayan general-mayor V.Əliyev, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. İki qurum arasında mövcud olan əlaqələrin getdikcə daha sıx müstəvidə davam etdiyini deyən general-mayor V.Əliyev, Türkiyə Silahlı Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan zabitlərinin təlim-tədris prosesinin inkişaf etdirilməsindəki önəmli fəaliyyətlərini xüsusilə qeyd edib.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Azərbaycan Respublikasında hüquq-mühafizə orqanları ilə birgə daxili təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında önəmli rol oynadığı vurğulanıb.
 
Qonaqpərvər qəbul üçün təşəkkürünü bildirən general-mayor M.Alpcan, Azərbaycan Respublikasına etdiyi səfərdən məmnun qaldığını ifadə edərək, ötən illər ərzində Daxili Qoşunların keçdiyi inkişaf yolunu, qazandığı uğurları sevinc hissi ilə müşahidə etdiklərini vurğulayıb.
 
Sonra Daxili Qoşunların Ali Hərbi Məktəb barədə genişməzmunlu brifinq verilib.
 
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
 
Qeyd edək ki, nümayəndə heyəti kursantların təlim-tədris prosesi və onlar üçün yaradılmış şəraitlə də tanış olublar.
 
 
 
ALİ HƏRBİ MƏKTƏBİN KURSANTLARI VƏTƏNƏ SƏDAQƏT ANDI İÇDİLƏR
 

 Sentyabrın 13-də Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirildi. Mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Şirin Xəlilov, Daxili Qoşunlar Komandanının müşaviri polkovnik Aziz Altıntepe, Veteranlar Şurasının üzvləri, kursant valideynləri və ictimaiyyət nümayəndələri  iştirak edirdi.

Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başladı. Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Ş.Xəlilova şəxsi heyətin mərasimə hazır olması barədə məruzə etdi.

Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.

Kursantlar hərbi andı qəbul etdikdən sonra məktəb rəisi general-mayor İ.Məmmədov çıxış etdi. Andiçmə mərasimini əlamətdar hadisə kimi qiymətləndirərək, zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirdi. Qeyd etdi ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü Ali Hərbi Məktəbin komandir və müəllim heyəti var gücü ilə çalışacaqdır.

Tədrisin peşəkar hərbçi müəllimlər tərəfindən həyata keçiriləcəyini diqqətə çatdıran məktəb rəisi bunun üçün Ali Hərbi Məktəbdə yüksək standartlara cavab verən maddi-texniki tədris bazasının və məişət şəraitinin olduğunu vurğuladı. Gələcək zabitlərin də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə etdi.

Çıxış edən kursant Şaban Hacıyev bütün yoldaşları adından müqəddəs bayrağa əl basaraq and içdiklərini və lazım gələrsə, bu yolda canlarını fəda edəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına söz verdi.

Valideynlər adından çıxış edən Süleyman Quliyev bütün valideynləri təbrik edərək, onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dayaq olmağa çağırdı. Kursantlarla yanaşı, hər bir valideynin də Vətənin əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmrləri layiqincə yerinə yetirməyə hazır olduqlarını mərasim iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə iştirak edən general-mayor Ş.Xəlilov hərbi andiçmə günü münasibəti ilə kursantları səmimi qəlbdən təbrik edərək tövsiyələrini çatdırdı. Özünün də 40 il bundan öncə kursant adını daşıdığını deyən general-mayor Ş.Xəlilov bu gün müstəqil Azərbaycan dövlətinin and içən kursantlarını gördükdə fəxarət hissi keçirdiyini vurğuladı. Bu andan etibarən kursantların Qoşunların bütün şəxsi heyəti kimi qarşıya qoyulan hər bir tapşırıq üçün  məsuliyyət daşıdıqlarını bildirdi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların inkişafı naminə göstərdiyi qayğısını xüsusilə vurğulayan Qoşunların Qərargah rəisi bu diqqətin hər bir hərbi qulluqçunu öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığını söylədi.

Ardınca Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun təbrik məktubu şəxsi heyətə çatdırıldı. Təbrikdə Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığın layiqincə yerinə yetirəcəkləri, Daxili Qoşunların sıralarının daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün səy göstərəcəkləri qeyd edilirdi. Təbrik məktubunda həmçinin sıralarımıza daxil olan gənclərimizin sədaqət hissi ilə döyünən qəlblərinin daima Vətən eşqi ilə alovlanacağına, onların xidməti-döyüş tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirəcəklərinə, eləcə də öz fədakar xidmətlərini əsirgəməyəcəklərinə əminlik ifadə olunurdu.

Tədbir şəxsi heyətin tribuna önündən təntənəli keçidindən sonra kursantların Ali Hərbi Məktəbin marşının ifası ilə başa çatdı. 
 
 
 
DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNDƏ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLİB
 
Oktyabrın 2-də Daxili Qoşunların Ali Hərbi Məktəbin “Gizirlərin hazırlanması kursu”nun 13-cü mərhələsinin buraxılışı münasibəti ilə təntənəli tədbir keçirilib.
 
Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət himni ifa olunub.
 
Təbrik üçün söz Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədova verilib. “Gizirlərin hazırlanması kursu”nun müvəffəqiyyətlə başa çatdığını bildirən Ali Hərbi Məktəb rəisi, bu müddət ərzində tədrisin keyfiyyətlə təşkil olunmasına, nizamnamə tələblərinin və hərbi intizamın hərbi qulluqçular tərəfindən daha dərindən mənimsənilməsinə, onların bilik səviyyəsinin artırılmasına xüsusi diqqət yetirildiyini bildirib.
 
General-mayor İ.Məmmədov tədris kursunu başa vuran gizirlərin əldə etdikləri biliklərdən hərbi hissələrdə xidmətlərini davam etdirərkən istifadə edəcəklərinə, müəllim və komandir heyətinin onlara olan inamını doğruldacaqlarına əminliyini ifadə edib.
 
Sonra Ali Hərbi Məktəbin rəisi kursu əla qiymətlərlə bitirərək, 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən məzunlara şəhadətnamələri təqdim edib.
 
Məzunlar adından çıxış edən gizir Əlisuvar Həsənov da tədris kursu müddətində istər müəllim, istərsə də komandir heyəti tərəfindən hər bir hərbi qulluqçuya xüsusi diqqət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bundan sonra da Vətənə, xalqa, dövlətə, sədaqətlə xidmət edəcəklərini, həvalə olunan bütün tapşırıqları vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərini qeyd edib.
 
Tədbir gizir Ə.Həsənovun “Gizirlərin hazırlanması kursu”nun 13-cü mərhələsi adından “Xatirə kötüyü”nə üzərində adı həkk olunmuş lövhəni vurması ilə başa çatıb.
 
 
 
DAXİLİ QOŞUNLARIN KOMANDANI ALİ HƏRBİ MƏKTƏBDƏ KURSANTLARLA GÖRÜŞÜB
 

 Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alan kursantlarla görüşüb.

General-leytenant Ş.Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daha da gücləndirilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyətindən danışaraq qeyd edib ki, bu baxımdan əsas diqqəti təlim və tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəltmək günün vacib tələblərindəndir.

Hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbində nəzəri və praktiki təlimlərin peşəkar müəllim heyəti tərəfindən aparıldığını bildirən cənab Komandan qeyd edib ki, məqsəd kursantların bilik və bacarıqlarının, ixtisas hazırlığının artırılmasından ibarətdir.

O, əlavə edib ki, bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların şəxsi heyəti hərtərəfli şəraitlə təmin olunub. Bildirilib ki, bütün bunlara baxmayaraq, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yüksəldilməsi istiqamətində işlər davam etdirilir.

Vəzifə borclarının tələblərindən irəli gələn tapşırıqların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini deyən general-leytenant Ş.Məmmədov çıxışı zamanı hərb peşəsinin, xüsusilə də zabit şərəfinin məsuliyyətindən də söz açıb. Qeyd edib ki, Vətənə sevgi, xalqa məhəbbət ruhunda tərbiyə olunan Daxili Qoşunların zabiti  dövlət və dövlətçiliyimizin gücləndirilməsi, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməməli, lazım gələrsə bu şərəfli yolda canından da keçməyə hazır olmalıdır.

Görüşün sonunda Daxili Qoşunlar Komandanı kursantları maraqlandıran sualları cavablandırıb, onların istək və arzularını dinləyib.

Sonra Ali Hərbi Məktəbdə təlim-tədris prosesinin təşkili, keçirilməsi və keyfiyyəti ilə tanış olan general-leytenant Ş.Məmmədov kursantlarla birgə nahar yeməyində iştirak edib.

 

l AVROPA OYUNLARININ QALİBİ İLHAM ZƏKİYEVİN ALİ HƏRBİ MƏKTƏBİN KURSANTLARI İLƏ GÖRÜŞÜ KEÇİRİLİB 

 Yanvar ayının 22-də Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının Ali Hərbi Məktəbində ikiqat dünya və Paralimpiya Oyunlarının çempionu, altıqat Avropa çempionu, ilk dəfə paytaxtımızda keçirilmiş I Avropa Oyunlarının qalibi İlham Zəkiyevin kursantlarla görüşü olub.

Tədbiri giriş sözü ilə açan Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov fəxri qonağı səmimi salamlayaraq bu görüşdən olduqca məmnun olduğunu ifadə edərək İ.Zəkiyevin təqdimata ehtiyacı olmadığını bildirib. Qeyd edib ki,  Vətənin qeyrətli oğlu, Vətən fədaisi, peşəkar idmançı kimi tanıdığımız İlhamın həyat və fəaliyyəti hər birimiz üçün - istər kursantlarımız, istərsə də pedoqoji kollektiv üçün örnəkdir. General-mayor İ.Məmmədov torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə gözlərinin nurunu itirən Qarabağ əlilinin iti zəkası və dəmir iradəsinin gələcəyin zabitlərinə əsl nümunə olacağını sözlərinə əlavə edib. O, çıxışının sonunda Vətən uğrunda sağlamlığından keçməyə hazır olan hər bir insanın, o cümlədən də İ.Zəkiyevin qarşısında baş əydiyini böyük qürur hissi ilə vurğulayıb.

Sonra görüşün təşkilatçısı professor Hənifə Qurbanov çıxış edərək, Ali Hərbi Məktəbin şəxsi heyətinin, eləcə də kursantların bu cür qəhrəman insanlarla görüşlərinin əhəmiyyətindən danışaraq, bu tədbirlərin onlarda vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olduğunu söyləyib. Ölkəmizin ev sahibliyi etdiyi I Avropa Oyunlarının açılışının məhz İ.Zəkiyevə həvalə olunduğunu xatırladan professor bunu dövlətimizin öz qəhrəmanına yüksək etimadı kimi xarakterizə edib.

Tədbirdə üçrəngli, ay-ulduzlu bayrağımızı dəfələrlə beynəlxalq turnirlərdə ən yüksək zirvəyə qaldırmış qəhrəmanımızın döyüş yolu və qazandığı uğurları əks etdirən video-süjetlər nümayiş etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış üçün söz İ.Zəkiyevə verilib. O, hərbçilərlə görüşə böyük sevinc hissi ilə gəldiyini deyərək, bu peşənin üstünlüklərindən danışıb. Qeyd edib ki, həyatda Vətənə, xalqa və dövlətə xidmətdən daha şərəfli heç nə ola bilməz. Bu gün də özünü Vətənin əsgəri hesab edən İlham Zəkiyev qətiyyətli şəkildə bildirib ki, hərbçi kimi missiyası yarımçıq qalsa da, idmançı kimi üzərinə düşən missiyanı axıra kimi davam etdirəcək.

O, yarışlardakı inamlı qələbələrdən söz açarkən I Avropa oyunlarının final mərhələsindəki görüşün onun həyatında xüsusilə yadda qaldığını diqqətə çatdırıb: “Zəfərlə nəticələnən həmin görüş məhz 26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününə təsadüf etmişdi. Həlledici görüşdə çox güclü, peşəkar idmançı ilə üz-üzə gəldim. Açığını deyim, onu məğlub etmək o qədər də asan deyildi. Lakin mənim başqa yolum yox idi - yalnız qələbə. Çünki, Ali Baş Komandanın inamını doğrultmalıydım. Belə də oldu, mübarizədən qalib ayrıldım və cənab Prezident məni təbrik edəndə dedim ki, Cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını uğurla yerinə yetirdi".

Xidmətdə bütün hərbçilərə uğurlar arzulayan idmançımız çıxışdan sonra kursantların suallarını cavablandırıb.

Görüşün sonunda professor H.Qasımov və İ.Zəkiyev general-mayor İ.Məmmədov tərəfindən "Fəxri fərman"la təltif edilib.

 

KURSANTLARIN SEMESTR İMTAHANININ NƏTİCƏLƏRİ QƏNAƏTBƏXŞDİR 

İmtahanlar təcrübəli müəllim heyətinin ciddi nəzarəti altında həyata keçirilib.
 
 Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində ali xüsusi-hərbi təhsilli kadrların hazırlanması, zabit və gizirlərin ixtisaslarının artırılması, eləcə də elmi-təhqiqat işlərinin aparılması uğurla həyata keçirilir. Təlim-tədris prosesinin yekunu olaraq semestr imtahanlarına cəlb olunan kursantların əldə etdikləri nəticələr də bunu deməyə əsas verir.
 
Ali Hərbi Məktəbdə tədris prosesinin aparılması, təhsil alan kursantların imtahana cəlb olunması, həmçinin, imtahan ərəfəsində görülən hazırlıq işləri barədə Tədris şöbəsində qiymətləndirmə bölməsinin rəisi mayor Qubar Qurbanov ətraflı məlumat verdi.
 
Mayor Q.Qurbanov tədrisin Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində bu gün təlim-tədris prosesi müasir təhsil sisteminin tələblərinə uyğunlaşdırılıb.
 
O, dərslərin sentyabrın 15-də başladığını və 15 həftə davam etdiyini bildirdi. Qeyd etdi ki, yanvar ayında 2015-2016-cı tədris ili üçün Zabit Hazırlayan Tədris taborunun 1-ci və 2-ci kursun kursantları ilə keçiriləcək birinci semestr imtahanları ilə bağlı hazırlıq işləri yekunlaşdıqdan sonra şəxsi heyət imtahana cəlb olunur. İmtahan Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının “Kursantların biliklərinin çoxballı sistemlə qiymətləndirilməsinin təşkili haqqında” müvafiq əmrinə əsasən keçirilir.
 
Ali Hərbi Məktəbdə təhsil alan kursantların bir semestr ərzində hər hansı bir fənn üzrə toplaya biləcəyi maksimum balın miqdarı 100-ə bərabərdir. Bunun yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə aralıq qiymətləndirmənin nəticələrinə görə verilir. Semestr fənn üzrə, kursantın biliyinin qiymətləndirilməsi isə nəticələrin toplanması ilə müəyyən edilir. Keçid balının minumum miqdarı 51 baldır.
 
Birinci kursun kursantları İnformatika istisna olmaqla, 11 fənn üzrə test üsulu ilə imtahanlara cəlb olunur. İnformatika isə praktik üsulla həyata keçirilir. Birinci kursdan fərqli olaraq, ikinci kursun bütün imtahanları test üsulu ilə aparılır. Hər iki kursda imtahanların keçirilməsi üçün vaxt 50 dəqiqədir. İmtahanda nəzarətçi müəllimlər kursantların müəyyən edilmiş qaydalara ciddi riayət etmələrinə, eləcə də imtahan prosesinin tam şəffaf şəkildə aparılmasına nəzarət edirlər. İmtahan biletlərindəki sualların hər biri iki bal olmaqla, 25 sualdan ibarətdir. Kursantlar sual kitabçasında sualın şərtini oxuduqdan sonra düzgün hesab etdiyi bəndi cavab kartında qeyd edir. İmtahan yekunlaşdıqdan sonra cavab kartları qiymətləndirmə bölməsində optik oxuyucu cihazı vasitəsilə yoxlanılır. Keçirilən fənn üzrə yekun təhlili aparılır və faiz dərəcəsi müəyyən olunur. Kursantlar imtahanın nətəcələri ilə tanış edilir. Zəif nəticələr toplamış kursantlar əlavə olaraq üç günlük məşğələlərə cəlb olunur. Sonra yenidən təkrar imtahan götürülür. Məqsəd kursantların bilik səviyyəsinin artırılmasından ibarətdir.
 
Hərbi Məktəbin təcrübəli müəllim heyəti tərəfindən hərtərəfli biliyə malik zabitlərin hazırlanması onu deməyə əsas verir ki, Daxili Qoşunlar bundan sonra da üzərinə düşən hər bir tapşırığın öhdəsindən layiqincə gələcək.
 
 
 
DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNDƏ PAKİSTANIN MİLLİ MÜDAFİƏ UNİVERSİTETİNİN RƏHBƏR HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB 
 

 Aprelin 27-də Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin rəhbər heyəti və “Milli Təhlükəsizlik və Müharibə kursu”nun 17 nəfər dinləyicisi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində olub.

Qonaqları səmimi salamlayan Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov Pakistan İslam Respublikası ilə ölkəmiz arasında mövcud dostluq münasibətlərindən söz açaraq, əməkdaşlığın bir çox istiqamətlərdə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə iki ölkənin müvafiq  qurumları arasında hərbi-texniki əməkdaşlıq münasibətlərinin bu gün uğurla davam etdirildiyi vurğulanıb.

Daha sonra qonaqlara Daxili Qoşunların tarixi, döyüş və inkişaf yolu, qəhrəmanlıq nümunələri, Qoşunların bugünkü inkişafı, eləcə də Ali Hərbi Məktəbdə təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait barədə ətraflı məlumat verilib.

Səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirən qonaqlar qarşılıqlı dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkilib.

 

ALİ HƏRBİ MƏKTƏBİN KURSANTLARININ HƏRBİ ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB 

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının bu münasibətlə ünvanladığı təbrik məktubu kursantlara çatdırılıb
 
Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə Daxili Qoşunlar Komandanının müavini - Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev, Türkiyə Respublikasının Qoşunlarda xidməti ezamiyyətdə olan zabitləri, Veteranlar Şurasının üzvləri, kursant valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib.
 
 Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başladı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin müşayiətilə Dövlət himni ifa edildi.
 
Sonra Ali Hərbi Məktəbin rəisi general-mayor İ.Məmmədov çıxış edərək hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən kursantların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırlatdı.
 
 Daha sonra Ali Hərbi Məktəbə yeni qəbul olmuş kursantlar hərbi and içərək, üzərilərinə düşən şərəfli və məsul vəzifələrin, Silahlı Qüvvələrin Nizamnamələrinin, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərinə əməl edəcəklərinə söz verdilər.
 
Kursantlar adından çıxış edən kursant Bayram Məmmədzadə müqəddəs bayrağa əl basaraq and içdiklərini, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına və bu yolda, lazım gələrsə, canlarını fəda edəcəklərinə hər zaman hazır olacaqlarını ifadə etdi.
 
Valideynlər adından çıxış edən Azad Atayev isə bütün valideynləri təbrik edərək, onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dəstək olmağa çağırdı. Kursantlarla yanaşı, hər bir valideynin Vətənin əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmr və göstərişləri layiqincə yerinə yetirməyə hazır olduqlarını nəzərə çatdırdı.
 
Daxili Qoşunların Veteranlar Şurasının üzvü, döyüşçü-şair Elxan Xəzər kursantları təbrik edərək vətənpərvərlik hissləri ilə dolu şerlərini söylədi.
 
Sonra çıxış üçün söz general-mayor V.Əliyevə verildi. O, hərbi andiçmə günü münasibəti ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının kursantlara ünvanladığı təbriki elan etdi. Təbrikdə kursantların Daxili Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcəkləri, Daxili Qoşunların sıralarının daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün səy göstərəcəkləri qeyd edilmişdir. Əminliklə bildirilirdi ki, sıralarımıza daxil olan gənclərimiz xidməti-döyüş tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirəcək, dövlət və dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcək, sədaqət hissi ilə döyünən qəlbləri daima Vətən eşqi ilə alovlanacaqdır.
 

Tədbir şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatdı.

 

ALİ HƏRBİ MƏKTƏBDƏ VETERANLARLA GÖRÜŞ

Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alan kursantlar bizim gələcəyimizdir. Onların mükəmməl hazırlıqlı zabit kimi yetişməsi üçün Ali Hərbi Məktəbdə bütün lazımi işlər görülür. Ali Hərbi Məktəbin rəhbərliyi və müəllim heyəti kursantların peşəkarlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığına, onlarda vətənpərvərlik əqidəsinin formalaşmasına da xüsusi diqqət yetirir. Elə bu məramdan irəli gələrək, Ali Hərbi Məktəblə Daxili Qoşunların Veteranlar Şurası arasında son bir neçə ildə sıx əlaqələr qurulub və birgə tədbirlər təşkil olunur. Təşkilatımız kursantların şərəfli ənənələr ruhunda təlim-tərbiyəsi işinə öz töhfəsini verir.
 
Dekabrın 24-də Daxili Qoşunların veteranlarının bir qrupu Ali Hərbi Məktəbin qonağı oldu. Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov, Daxili Qoşunların Veteranlar Şurası sədrinin müavini Telman Aslanov, Daxili Qoşunların Veteranlar Şurasının üzvü Vaqif Nəsibov, veteranımız Mehralı Şamxalov və bu yazının müəllifinin daxil olduğu heyəti Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov qəbul etdi. O, veteranları Ali Hərbi Məktəbdə növbəti dəfə görməkdən məmnun olduğunu vurğuladı. Qeyd etdi ki, veteranlar Daxili Qoşunların fəxridir. Onların xidmət təcrübəsindən istifadə olunmasına, tərbiyə işində yaxından iştirak etməsinə həmişə ehtiyac duyulduğunu deyən general-mayor İ.Məmmədov, Veteranlar Şurasının gördüyü işləri müsbət qiymətləndirdi.
 
Söhbət zamanı Ali Hərbi Məktəbdə tədris prosesinin xüsusiyyətləri, hərbi tədrisin praktiki xidmətdən irəli gələn məqamlarla bağlılığı, kursantların təlim-tərbiyəsi işinə müasir tələblər barədə danışıldı. Söhbətin sonunda Veteranlar Şurasının sədri M.Mürsəlov general-mayor İ.Məmmədova Daxili Qoşunların veteranları barədə kitabı təqdim etdi.
 
Sonra biz Ali Hərbi Məktəbin fəaliyyəti ilə əyani tanış olduq. Kursantların kazarmasına, tədris otaqlarına, yeməkxanaya və tibb məntəqəsinə baş çəkdik. Daxili nizam, səliqə-sahman, hərbi etika və digər müsbət cəhətləri müşahidə etmək xoş təəssürat yaratdı.
 
Daha sonra kursantlarla görüşümüz oldu. Görüşü Ali Hərbi Məktəb rəisinin tərbiyə işləri üzrə müavini vəzifəsini icra edən mayor Surxay Gülməmmədov açdı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Dövlət Himni səsləndirildi.
 
Veteranlar Şurasının sədri M.Mürsəlov tədbirdə çıxış etdi. O, kursantları Daxili Qoşunların veteranları adından salamlayaraq, belə görüşlərin artıq müsbət bir ənənə halını aldığını nəzərə çatdırdı. Veteranların hərbi xidmətdə olarkən Daxili Qoşunların formalaşması və inkişafında öz əməyini əsirgəmədiyini, bu gün isə vacib ictimai missiyanı yerinə yetirdiyini bildirdi. Veteranlar Şurası tərəfindən şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsi yönündə görülən işlərdən danışan M.Mürsəlov, torpaqlarımızın bir qisminin işğal altında olduğu bir vaxtda mübarizlik ruhunun qorunub saxlanması, peşəkarlığın artırılmasının əhəmiyyətinə toxundu.
 
Qeyd olundu ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz regionun güclü dövlətinə çevrilib. Biz başqa dövlətlərdə böhranların, qarşıdurmaların, terror dalğasının şahidi oluruq. Ancaq güclü dövlətçiliyə malik ölkəmiz bu təhlükələrdən özünü qoruyur. Daxili Qoşunlar da daxili işlər orqanları ilə birlikdə ölkəmizdə ictimai asayişin keşiyində mətinliklə dayanıb.
 
M.Mürsəlov Daxili Qoşunların zabitinin mənəvi keyfiyyətləri, şəxsi heyətin xidməti vəzifələrinin icrasından irəli gələn məqamlar barədə fikirlərini də bölüşdü.
 
O, kursantlara hərbi təhsillərində uğurlar, gələcəkdə fədakar zabit olmağı arzuladı.
 
Daxili Qoşunların Veteranlar Şurası sədrinin müavini T.Aslanov isə öz çıxışında Daxili Qoşunların hərbi hissələrinin keçdiyi şərəfli yola nəzər saldı. Daxili Qoşunların gələcəyi olan zabit kadrlarının hazırlığına dair fikirlərini söyləyən veteran, tədrisdə çalışqanlığın vacib amil olduğunu vurğuladı. O, kursantları təhsil aldıqları Ali Hərbi Məktəbin nüfuzunu hər zaman uca tutmağa çağırdı, etik davranış qaydalarına, hərbi nizamnamələrin tələblərinə ciddi riayət etməyin, özünə qarşı tələbkarlıq keyfiyyətlərinin vacibliyini vurğuladı, silahların və texnikaların sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etdi.
 
Tədbirdə mən də çıxış etdim. Gələcəyin zabiti olacaq kursantlara hərbi xidmətin mənəvi-psixoloji məqamları, şəxsi heyətlə iş xüsusiyyətləri barədə tövsiyələrimi çatdırdım. Qeyd etdim ki, Ali Hərbi Məktəb vacib bir missiyanı layiqincə yerinə yetirir və qarşıdakı illərdə təqdirəlayiq uğurlarının şahidi olacağımıza inanırıq.
 
Tədbirdə yekun sözü ilə Ali Hərbi Məktəbin rəisi general-mayor İ.Məmmədov çıxış edərək bu görüşün keçirilməsinə görə veteranlara minnətdarlığını bildirdi. O, veteran sözünə həmişə ehtiyac duyulduğunu nəzərə çatdırdı.
 
General-mayor İ.Məmmədov Ali Hərbi Məktəbin Daxili İşlər Nazirinin və Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanının diqqət və qayğısı ilə əhatə olunduğunu vurğuladı. Daxili Qoşunlar üçün peşəkar zabitlərin yetişdirilməsi baxımından Ali Hərbi Məktəbdə müasir tədris bazasının yaradıldığını bildirdi. Onun sözlərinə görə, Daxili Qoşunların gələcək inkişafı milli düşüncəyə sahib, vətənpərvər, dövlətçiliyimizə sədaqətli olan, hərbi peşə keyfiyyətlərinə bacarıqla yiyələnən zabitlərə bağlıdır. Ali Hərbi Məktəb üzərinə düşən bu vacib vəzifənin məsuliyyətini düzgün dərk edərək, fəaliyyətini bu istiqamətdə qurur.
 
Sonda general-mayor İ.Məmmədov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə təbrik etdi.
 
Beləcə, veteranlar Ali Hərbi Məktəbdən nikbin ovqat və xoş təəssüratla ayrıldı.


  Yalçın Abbasov, 
  Daxili Qoşunların Veteranlar Şurasının katibi