Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  İyulun 20-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov "N" saylı hərbi hissədə gənc əsgərlərin valideynləri ilə görüşmüşdür.

  Daxili Qoşunlarda hərbi xidmət, şəxsi heyət üçün yaradılmış şərait haqqında ümumi məlumatın verilməsi və valideynləri maraqlandıran sualların cavablandırılması məqsədilə keçirilən görüşdə general-mayor Ş.Məmmədov  əvvəlcə ordu quruculuğundakı inkişafdan bəhs etmiş, dövlət tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışmışdır: " Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mаddi-tехniki, sоsiаl təminаtı üzrə mühüm işlər görülmüşdür. Şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir standartlara cavab verən yaşayış komplekslərinin, yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğısının nəticəsidir".

  Sonra gənc əsgərlərin valideynlərinə Daxili Qoşunların qarşısında duran vəzifələr barədə məlumat verilmiş, valideynlərin xidmətlə bağlı verdikləri suallar cavablandırılmış, onların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verilmiş, icrası mümkün olan məsələlər isə yerindəcə həllini tapmışdır.