Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

   Daxili Qoşunlarda ötən 6 ay ərzində həyata keçirilmiş abadlıq-quruculuq işləri bunu deməyə əsas verir. Birinci yarımillikdə Daxili Qoşunların maddi-texniki təminatı üzrə əməli tədbirlər həyata keçirilmişdir. Bu müddət ərzində qoşunların hərbi hissələrində genişmiqyaslı tikinti və abadlaşdırma işləri davam etdirilmişdir. Hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə yeni, müasir tipli, hərtərəfli şəraitə malik xidməti mənzillər inşa edilib istifadəyə verilmiş (Binəqədi və Nərimanov rayonları ərazisində), məişət obyektləri tikilmiş, bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
  
   Qəbələ rayonunda və Şirvan şəhərində yeni hərbi şəhərciklərin, Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissədə gizir və müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçular üçün 5 mərtəbəli yataqxananın, Ali Hərbi Məktəbdə isə kursant yataqxanasının tikintisi üzrə işlər davam etdirilmişdir.Gənc əsgərlərin qəbulu ilə əlaqədar hazırlıq işləri görülmüş, onların yerləşdirilməsinə, lazımi maddi vəsaitlərlə təminatına, qidalanmasına və hamam-camaşırxana xidmətinə nəzarət olunmuşdur.
 
   Nəqliyyat vasitələrinin texniki vəziyyətini yaxşılaşdırmaq məqsədilə hərbi hissələrdə texnikanın vəziyyəti daim nəzarətdə saxlanılmış, ehtiyat hissələri və qaraj avadanlıqları tədarük olunmuş, nəqliyyat vasitələrinin yay istismar dövrünə hazırlığı məqsədi ilə avtomobillərə mövsümü texniki qulluq göstərilmişdir. 2014-cü ilin 6 ayı ərzində yol-nəqliyyat hadisələrinin qarşısının alınması üzrə tədbirlər planı hazırlanmış və icrası barədə yerli Dövlət Yol Polisinin vəzifəli şəxslərini dəvət etməklə sürücü heyəti və fərdi nəqliyyat vasitələrinin sahibləri ilə yol-hərəkəti təhlükəsizliyi mövzularında məşğələlər keçirilmişdir.
 
   Birinci yarımillikdə qoşunların hərbi hospitalında müasir tələblərə cavab verən rentgen otağı istifadəyə verilmiş, Ali Hərbi Məktəbdə isə gimnastika şəhərciyi və futbol meydançası yaradılmışdır. Hərbi hissələrdə istilik sistemlərinin işi, generatorların saz vəziyyətdə saxlanılması, avadanlıqlara texniki qulluğun göstərilməsi, təhlükəsizlik və yanğından mühafizə tədbirləri də nəzarətdə saxlanılmışdır. Bir sözlə, hesabat dövründə həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, Daxili Qoşunlarda abadlıq-quruculuq işləri müntəzəm olaraq davam etdirilməkdədir. Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun sözləri ilə desək, "Təkmilləşmənin, inkişafın sonu yoxdur...".