Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

   Daxili Qoşunların hərbi qulluqçuları beynəlxalq turnirdən vətənə medalla döndü. Daha bir uğur iyun ayının 18-dən 23-dək Rusiyanın Yekaterenburq şəhərində, iyirmi beş ölkənin iştirak etdiyi beynəlxalq boks yarışında qazanıldı.

  52 kq. çəki dərəcəsində dörd rəqibini ram edən baş çavuş Cavid Həsənov  sonda rusiyalı idmançıya məğlub olaraq II yeri tutmuşdur. Digər təmsilçimiz - dəfələrlə beynəlxalq turnirlərin qalibi gizir Vüsal Gözəlov da komanda yoldaşının uğurunu təkrarlayıb. Ən ağır (120 kq.) çəkidə mübarizə aparan Vüsal ilk olaraq özbək idmançısına qalib gəlib. Ardınca yerli nümayəndəni "başı aşağı" yola salan cəngavərimiz finalda xal hesabında geri düşüb. Final görüşündə yalnız tacik idmançıya məğlub olan gizir V.Gözəlov II yerlə kifayətlənib.

  Pəhləvanlarımız münsiflər tərəfindən kubok, medal və diplomla mükafatlandırılmışlar. İyun ayının 27-dən 29-dək daxili işlər orqan və hissələri arasında «Polis günü»nə  həsr olunmuş idmanın sərbəst güləş növü üzrə səxsi və komanda birinciliyi keçirilmişdir. Turnirdə Daxili Qoşunlar 9 idmançı və 1 nümayəndə ilə təmsil olunmuş və hərbi qulluqçularimiz yenə də birinci olmuşdurlar. Yarışda 61 kq. çəki dərəcəsində əsgər Elvin Qasımov, 70 kq. çəki dərəcəsində leytenant Şahin Göyüşov, 74 kq. çəki dərəcəsində çavuş Məhəmməd Ağalarov  1-ci yeri,  61 kq. çəki dərəcəsində əsgər Kazım Cumalıyev, 65 kq. çəki dərəcəsində kursant Nadir Şərifov, 70 kq. çəki dərəcəsində baş çavuş Eldar Məmmədov  2-ci yeri və 84 kq. çəki dərəcəsində əsgər Süleyman Mehdiyev  3-cü yeri tutmuşlar. Ümumilikdə, Daxili Qoşunların yeddi təmsilçisi medala layiq görülmüşdür. Şəxsi birincilikdə əldə olunan nailiyyətlərə görə Daxili Qoşunların yığma komandası I yeri tutmuşdur.