Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  Mayın 5-dən 8-dək Azərbaycan Respub­likası Müdafiə Nazirliyi ilə NATO-nun Əmə­liyyat İmkanları Konsepsiyası (ƏİK) Proq­ramı çərçivəsində «Qaraheybət» Təlim-Tədris mərkəzində növbəti səhra təlimi keçirilmişdir.
 
  Müdafiə Nazirliyinin qiymətləndiriciləri və NATO-nun ekspert qrupu ilə yanaşı, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliklərindən, hərbi attaşeliklərindən nümayəndələrin iştirak etdiyi təlimdə DİN Daxili Qoşunların Dö­yüş hazırlığı şöbəsinin rəisi polkovnik Xaliq Eyvazov, Beynəlxalq hərbi əmək­daşlıq şöbəsinin NATO ilə əməkdaşlıq üzrə zabiti kapitan Tural Murtuzayev və Əməliyyat şöbəsinin zabiti kapitan Yavər Məmmədov təmsil edirdi.
 
  Səhra təlimi hazırlanmış xüsusi ssenari əsasında təşkil olunmuşdur. Əvvəlcə təlimdə iştirak edəcək şəxsi heyətə sıra baxışı keçirilmiş və qərargahın hazırlığı yoxlanıl­mışdır. Sonra şəxsi heyətin xarici dil bilikləri, döyüş hazırlığı, silah-sursat, nəqliyyat, mühəndis-istehkam, rabitə və s. vasitələrin NATO standartlarına uyğunluğu, bu barədə edilən məruzə formaları, sənədləşmə qaydaları qiymətləndirilmişdir.
  
  Təlimin sonuncu günü NATO ekspert qrupunun iştirakı ilə yekun iclas keçirilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.