Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

HƏRBİ HİSSƏDƏ ŞƏHİDLƏR ABİDƏSİ YARADILIB

Daxili Qoşunların şəxsi heyəti istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsi zamanı şərəfli döyüş yolu keçib. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda ləyaqətlə vuruşaraq, şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızın əziz xatirəsi heç vaxt unudulmur. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində davamlı olaraq işlər görülür, müxtəlif tədbirlər həyata keçirilir.
Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə digər hərbi hissələrimizdə olduğu kimi, şəhidlər abidəsi yaradılıb. Abidənin üzərində Daxili Qoşunların emblemi, eləcə də hərbi hissənin şəhid hərbi qulluqçularının şəkilləri və adları həkk olunub, önündə isə əbədi məşəl alovlandırılıb. Bununla yanaşı, abidənin ətrafında abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb, burada işıqlandırma sistemi quraşdırılıb.
Hərbi hissəyə dəvət olunan şəhid ailələrinin üzvləri və qazilər tərəfindən abidə ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, igid döyüşçülərimizin xatirəsi ehtiramla anılıb.