Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 “2020-ci ildə Daxili Qoşunlarda əsas tədbirlərin, döyüş təliminin planlaşdırılması və təşkilinə dair təqvim planı”na uyğun olaraq, fevralın 25-26-da tabor və dəstə komandirləri ilə metodiki-təlim toplanışı keçirilib. Metodiki-təlim toplanışına ümumilikdə 28  nəfər hərbi qulluqçu cəlb olunub.

Daxili Qoşunların Qərargah rəisinin müavini - Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi polkovnik Zəfər Əliyev qeyd edib ki, təsdiq edilmiş məşğələ cədvəlinə uyğun olaraq, hərbi qulluqçularla taborun (dəstənin) bölmələrində döyüş və ictimai-siyasi hazırlıq məşğələlərinin təşkili, döyüş təliminin planlaşdırılması üzrə məşğələlər təşkil olunub. Toplanışın keçirilməsində əsas məqsəd tabor və dəstə komandirlərinin döyüş təliminə rəhbərlik üzrə fəaliyyətlərini daha da təkmilləşdirmək, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün istiqamətləri  müəyyən etmək və bu prosesə nəzarətin təşkili metodikasını aşılamaq olub.

 Bundan əlavə, Daxili Qoşunların Təlim mərkəzində təlim toplanışının iştirakçılarından rəhbər sənədlərin tələbləri, Silahlı Qüvvələrin Ümumqoşun Nizamnamələri üzrə və atəş hazırlığından məqbullar qəbul edilib.

Sonda Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı tərəfindən metodiki-təlim toplanışına yekun vurularaq, iştirakçılara 2020-ci ildə idarəçilik fəaliyyətlərində, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasında və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində tapşırıqlar verilib.