Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, Daxili Qoşunlarınbir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” və “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə mükafatlandırılıb.
Bu münasibətlə iyun ayının 29-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib. O, Daxili İşlər Naziri və Daxili Qoşunların Komandanlığı adından təltif olunan hərbi qulluqçuları təbrik edərək, bunu Daxili Qoşunların xidməti döyüş fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirdi.
Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 321 nəfər hərbi qulluqçu medallarla təltif edilib. Onlardan 17 nəfərə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, 38 nəfərə 1-cidərəcəli, 83 nəfərə 2-ci dərəcəli, 183 nəfərə isə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı təqdim olunub.