Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Fevralın 14-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Aymone Sesseranı qəbul edib.

Xanım Aymone Sesseranı tərcüməçi qismində BQXK-nın Azərbaycandakı Nümayəndəliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova müşayiət edirdi.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov səmimi salamlarını qonağa çatdıraraq, son illərdə Daxili İşlər Nazirliyi və onun tərkib hissəsi olan Daxili Qoşunlarla BQXK-nın Azərbaycandakı Nümayəndəliyi arasında əlaqələrin çox uğurla davam etdirildiyini bildirib. O, 2003-cü ildən indiyədək BQXK-nın xətti ilə polis əməkdaşları, həmçinin, Daxili Qoşunların hərbi qulluqçuları üçün "Beynəlxalq humanitar hüquq" , "Beynəlxalq insan haqları hüququ" və "Polis fəaliyyətinin beynəlxalq standartları" mövzularında çox sayda kursun keçirilməsindən, həmin tədbirlərdə yüzlərlə polis əməkdaşının və hərbi qulluqçunun iştirak etməsindən danışıb.

Daxili Qoşunların Komandanı icra olunan kurs və seminarların polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları üçün faydalı olduğunu qeyd edərək, bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinə böyük maraq olduğunu hörmətli qonağın diqqətinə çatdırıb.

Xanım Aymone Sessera səmimi qəbula və BQXK ilə əməkdaşlığı yüksək qiymətləndirdiyinə görə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanına dərin təşəkkürünü ifadə edib. Hörmətli qonaq hal-hazırda həm Daxili İşlər Nazirliyi, həm də onun tərkib hissəsi olan Daxili Qoşunlarla BQXK-nın Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlıq münasibətlərinin çox uğurla davam etməsinin təqdirəlayiq olduğunu qeyd edərək, münasibətlərin gələcəkdə də eyni şəkildə davam etməsinə əminliyini ifadə edib. Xanım Sessera növbəti illərdə də icra olunması planlaşdırılan kurslardan danışıb, BQXK-nın ekspertləri tərəfindən həmin kursların mövzuları üzrə proqramlar hazırlanarkən Daxili Qoşunların həyata keçirdiyi fəaliyyətin nəzərə alınacağını vurğulayıb.

Görüş zamanı xanım Aymone Sessera, həmçinin, BQXK-nın münaqişə zonalarında həyata keçirdiyi neytral fəaliyyəti barədə də geniş məlumat verib.

Görüşün sonunda qonağa hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.