Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 IV İslam Həmrəyliyi Oyunları Azərbaycan idmançılarının uğurlu nəticələri ilə davam edir. Azərbaycan yığmasının tərkibinə qatılan Daxili Qoşunların hərbi qulluqçusu gizir Ruslan Lunev növbəti qələbəsini qazanaraq aktivinə üçüncü qızıl medalı əlavə edib. O, kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçmada 573 xal toplayaraq çempion adını qazanıb.

Xatırladaq ki, Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı da məhz gizir R.Lunev qazandırıb.

İslamiadada mübarizəni davam etdirən idmançılarımıza uğurlar arzu edirik.