Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Dekabrın 28-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsinin ərazisində yerləşən uşaq bağçasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Daxili Qoşunların hərbi qulluqçularının ailə üzvləri iştirak ediblər.
 
Aparıcı Arzu Quliyeva uşaqları və bütün qonaqları bayram münasibətilə ürəkdən təbrik edərək, dekabrın 31-də köhnə ilin öz yerini təzə ilə verdiyini və bu günün bütün dünyada sevinclə qarşılandığını, bayram kimi qeyd olunduğunu söylədi. O, bu təqvimin eyni zamanda  Azərbaycan xalqı üçün ikiqat bayram olduğunu da xüsusilə vurğuladı.
 
  Sonra körpələri təbrik üçün söz polkovnik S.Cəfərova verildi. O, uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edib, hər bir ocaqdan körpə səsinin gəlməsini arzuladı. Qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1993-cü ildə təsis olunmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi günü də Yeni il bayramı ilə birlikdə sevinclə qeyd olunur. Bu bayramı nəinki Azərbaycanda yaşayan vətəndaşlarımız, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hər il təntənəli şəkildə qeyd edirlər. Çıxışının sonunda polkovnik S.Cəfərov gələn yeni ilin uğurlu, düşərli olmasını, bütün evlərə bol-bol ruzi-bərəkət, valideynlərə isə körpə nazı, körpə qayğısı çəkməyi dilədi.
 
  Tədbir uşaqların şer və nəğmələri, milli rəqsləri ilə davam etdi. Körpə balalar Vətənə aid şeirlərlə, milli rəqs nümunələri, yeni ilə aid musiqilərlə tədbir iştirakçılarının zövqünü oxşamağı bacardılar.
 
  Uşaqlar üçün ən maraqlı və sevincli məqam həmişəki kimi Şaxta babanın gəlişi oldu. Qarqızla birgə Şaxta babanı səsləyən balacalar onun şənliyə gəlişini sürəkli alqışlarla qarşıladılar.
 
  Tədbir Şaxta babanın körpələrimizə hədiyyələri təqdim etməsi ilə yekunlaşdı.