Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  Avqustun 13-də Daxili Qoşunların Bakı şəhərində yerləşən üç hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin andiçmə mərasimi  keçirilib.
 
 Mərasimlərdə Daxili Qoşunlar Komandanının müavinləri, Veteranlar şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.
 
  Tədbirlər Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi-göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət himni ifa edilib.
 
  Sonra hərbi hissələrin komandirləri çıxış edərək, əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıblar.
 
 Gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə  söz veriblər.
 
Daha sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına və hərbi anda və nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik ifadə olunub.
 
  Çıxış edən Veteranlar Şurasının üzvləri, əsgər valideynləri də gənc əsgərləri səmimi qəlbdən təbrik edərək onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Qeyd olunub ki, hərbi andı qəbul edən hər bir hərbi qulluqçu birmənalı olaraq dərk etməlidir ki, Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir.
 
  Mərasim şəxsi heyətin sıra meydanından təntənəli keçidi ilə başa çatıb.