Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Mükafatlandırma mərasimlərində qeyd olunub ki, Daxili Qoşunlar qarşıda duran vəzifələrin icrasına bundan sonra da məsuliyyətlə yanaşacaq, verilmiş tapşırıqları tələb olunan səviyyədə yerinə yetirəcək.
 
 Daxili Qoşunların şəxsi heyətinin peşəkarlığı I Avropa Oyunları zamanı bir daha öz təsdiqini tapdı və Qoşunların nümunəvi xidməti fəaliyyəti, hər bir hərbi qulluqçunun dövlətinə və dövlətçiliyə sadiq, Vətəninə, xalqına son dərəcə bağlı olduğunu nümayiş etdirdi.
 
Şəxsi heyətin vəzifə borclarına məsuliyyətli münasibətini daima diqqət mərkəzində saxlayan Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov və Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunlar Komandanı general-leytenant Şahin Məmmədov, tarixə I Avropa Oyunları kimi yazılan, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən beynəlxalq idman tədbiri zamanı ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçuları müvafiq əmrlərilə mükafatlandırılıblar.
 
  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə böyük təntənə ilə qeyd olunan mükafatlandırma mərasimlərində general-leytenant Ş.Məmmədov şəxsi heyət qarşısında çıxış edib. O, I Avropa Oyunları zamanı respublikamızda mövcud ictimai sabitliyin və təhlükəsizliyin qorunmasında, eləcə də belə bir möhtəşəm tədbirin yüksək səviyyədə başa çatmasında respublikanın digər güc strukturları ilə yanaşı, Daxili Qoşunların hərbi qulluqçularının xidmətini xüsusilə vurğulayıb. Bildirib ki, Qoşunların xidmətə cəlb olunmuş şəxsi heyəti ictimai təhlükəsizliyin qorunması üçün qarşıya qoyulan mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, göstərilən etimadı doğruldublar.
 
  Qeyd olunub ki, Daxili Qoşunlar qarşıda duran vəzifələrin icrasına bundan sonra da məsuliyyətlə yanaşacaq, verilmiş tapşırıqları tələb olunan səviyyədə yerinə yetirəcəkdir.