Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Aprelin 30-da Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyə Respublikasının Quru Qoşunlarının Qərargah rəisi general-polkovnik İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimi salamlayan general-leytenant Ş.Məmmədov, Türkiyə Silahlı Qüvvələri ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında mövcud əməkdaşlıq və perspektiv istiqamətlərdən söz açmışdır. Türkiyə Jandarm Təşkilatı ilə əməkdaşlığın inkişaf etdiyini və əlaqələrin davamlı olduğunu bildirən general-leytenant Şahin Məmmədov,  Daxili Qoşunlarda təlim-tədrisin inkişafında bu qurumun zabitlərinin mühüm işlər gördüyünü diqqətə çatdırmışdır.

   Sonra Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq hərbi əməkdaşlığı barədə brifinq verilmişdir.

  Öz növbəsində qonaqpərvər qəbul üçün təşəkkürünü bildirən general-polkovnik İhsan Uyar, Azərbaycan Respublikasına etdiyi səfərdən məmnun qaldığını ifadə edərək, «bir millət, iki dövlət» olmaqla, əlaqələrin bundan sonra da inkişaf edəcəyini əminliklə bildirmişdir.

  Görüşün sonunda Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov  qonaqlarla xatirə şəkli çəkdirmişdir.