Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

 Fevralın 7-də Daxili Qoşunların "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları ilə döyüşçü-şair, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ikinci dərəcəli müharibə əlili Elxan Xəzərin görüşü keçirilib. Bu görüşdə şairin veteran dostları-Daxili Qoşunların Veteranlar Şurasının sədri Murad Mürsəlov, sədr müavini Telman Aslanov, şura üzvləri Səfxan Bayramov, Mehralı Şamxalov, Əlixan Bünyatov və Yalçın Abbasov da iştirak edirdilər.

  Tədbiri giriş sözü ilə açan Yalçın Abbasov ziyalı, şair və yazıçıların gənc hərbçilərlə  görüşünün əhəmiyyətindən danışaraq, belə tədbirlərin şəxsi heyətin mənəvi- psixoloji durumunun yüksəldilməsində böyük rol oynadığını diqqətə çatdırdı. O, bildirdi ki, yaradıcı insan kimi tanınmış şair Elxan Xəzərlə görüşlərin  böyük dəyəri var. Çünki Elxan müəllim döyüşçü-şair olmaqla yanaşı, həm də Daxili Qoşunların veteranıdır. Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edən şairin ömür yolu bu gün Daxili Qoşunlarda xidmət edən hərbçilərə örnəkdir.

  Görüşdə şairin vətənpərvərlik ruhunda yazılmış “Döyüşçü nəğməsi”, “Biz etməsək, kim edəcək?”, “İndi hünər vaxtıdır” və s. şeirləri gənc hərbçilər tərəfindən söylənildi.

  Sonda Elxan Xəzər kitablarından ibarət nümunələri hərbi qulluqçulara hədiyyə edərək onlarla xatirə şəkli çəkdirdi.