Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

                   
 
   Noyabrın 12-də Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Abdullah Altay Daxili Qoşunların Baş İdarəsində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədovla görüşüb.
 
  Nümayəndə heyətini səmimi salamlayan general-mayor Ş.Məmmədov Daxili Qoşunlarla Jandarm Baş Komandanlığı arasında daima genişlənməkdə olan əlaqələrin hər iki qurumun dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfələr verdiyini qeyd edib.
 
  Ordu generalı Abdullah Altay səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirərək, Azərbaycan Respublikasına səfərdən məmnun olduqlarını diqqətə çatdırıb. Hörmətli qonaq iki qurum arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsindən məmnunluğunu diqqətə çatdırıb.
 
  Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə Azərbaycan Daxili Qoşunları ilə Türkiyənin Jandarma Qüvvələri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
 
  Sonra Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə geniş məzmunlu brifinq verilib.
 
  Qeyd edək ki, tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Türkiyə Jandarm Qüvvələrinin baş komandanı və nümayəndə heyəti Daxili Qoşunların 67987 saylı hərbi hissəsində və Ali Hərbi Məktəbdə də olmuşlar.