Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

  Sentyabrın 15-də DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2014-2015-ci təlim-tədris ilinin açılış mərasimi keçirilmişdir. 
 
  Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.
 
  Mərasimdə çıxış edən Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov yeni tədris ilinin açılışı münasibətilə şəxsi heyətə, pedaqoji kollektivə, eləcə də Ali Hərbi Məktəbə bu il daxil olmuş kursantlara Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun  təbrik və tövsiyələrini çatdırmışdır.
 
  Təbrikdə qeyd olunmuşdur ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən daha da gücləndirilmiş müstəqil Azərbaycanın Silahlı Qüvvələrində Vətənə xidmət etməkdən şərəfli heç nə ola bilməz. Yalnız Vətəni sevməklə onu qorumaq mümkün deyil, bunun üçün peşəkarlıq da tələb olunur: "Siz kursantların peşəkar zabit kimi formalaşması üçün ölkə prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların Ali Hərbi Məktəbində bütün şərait yaradılıb. Hər bir müəllim, komandir dövlətimiz qarşısında öz məsuliyyətini dərk edir, qarşıya qoyulmuş tapşırıqları keyfiyyətlə yerinə yetirir". 
 
  Hərbi məktəbin kollektivinə inamın ifadə olunduğu təbrikdə Daxili Qoşunların Komandanı bir daha şəxsi heyəti səmimi qəlbdən təbrik etmiş, onlara yeni dərs ilində uğurlar, müvəffəqiyyətlər arzulamışdır. 
 
  Şəxsi heyətin təntənəli keçidindən sonra açılış mərasimi sona çatmışdır. 
 
 Qeyd edək ki, yeni tədris ilinin ilk dərsi Ali Hərbi Məktəbin rəisi tərəfindən keçirilmişdir. DİN-in Daxili Qoşunlarının yaranma tarixi, formalaşma dövrü, Qarabağ savaşındakı qəhrəmanlıq nümunələri, o cümlədən qoşunların qarşısında duran vəzifələr barədə kursantlara ətraflı məlumatlar verilmişdir.