Fəxrəddin Nəcəfov
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il iyul ayının 7-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985-ci ildə Rusiyanın Arxanqelsk vilayətində hərbi xidmətdə olmuşdur.
Döyüşlərdə iştirakı
1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. Erməni təcavüzkarlarına qarşı aparılmış döyüş əməliyyatlarında xüsusi rəşadət nümayiş etdirərək tabeliyindəki şəxsi heyətin döyüş ruhunun yüksəldilməsində əlindən gələni əsirgəməmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 1992-ci il 6 noyabr fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir.
Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Nəsimi rayonunun 266 nömrəli məktəbi onun adını daşıyır.