2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədi ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov yanvarın 25-də qoşunların Qubada yeləşən “N” saylı hərbi hissəsində olmuşdur.
 
  Hərbi hissə komandiri bütün xidmət sahələri üzrə mövcut vəziyyəti məruzə edərək, son illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirildiyini, müasir texnika və avadanlıqlarla təchiz olunduğunun, təlim-tədris prosesinin keyfiyyətlə həyata keçirildiyini bildirmişdir.

  Daxili Qoşunlar Komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyəti təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə də yaxından tanış olmuşdur.

  O, həmcinin hərbi hissənin tibb məntəqəsində olan əsgərlərin səhhəti ilə maraqlanmış, aparılan müalicənin yüksəldilməsi istiqamətində səylərin artırılmasını önə cəkmişdir.

  Nəzəri məşğələlərin keçirildiyi sinif otaqlarına, eləcə də əsgər yataqxanalarına da baxılmış, qış mövsümünə uyğun olaraq otaqlarda temperatur rejiminin ciddi nəzarətə götürülməsi tapşırıqı verilmişdir.

  Sonra general-mayor Ş.Məmmədov hərbi hissədə xüsusi-taktiki təlimi izləmiş, bu kimi məşğələlərin keyfiyyətlə və real şəraitə uyğun keçirilməsinə diqqətin artırılmasının vacibliyini  vurğulamışdır. Hərbi hissənin xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr hərbi hissə komandanlığının diqqətinə catdırılmışdır.

  Daha sonra Daxili  Qoşunların Komandanı əsgər valdeyinləri ilə görüş keçirlmiş, onların fərdi qaydada müraciətləri dinlənilmişdir. Bir sıra məsələlərin yerindəcə həl olunması üçün müvafiq tapşırıqlar verilmişdir. 

  Xatırladaq ki, general-mayor Ş.Məmmədov Daxili Qoşunların Komandanı vəzifəsinə təyin olunduqdan sonra regionlara səfərinə ilk olaraq keçən həftə Zaqataladakı “N” saylı hərbi hissədən başlamışdır.