Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 
Daxili Qoşunların Baş İdarəsinin 
hərbi xidmətə qəbulla bağlı elanı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Daxili Qoşunların hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan Azərbaycan Respublikasının vətəndaşlarını bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edir.

Bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidmətini başa vurmuş, yaşı 25-dək, boy həddi 175 sm-dən yuxarı və məhkumluğu olmayan, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmətə yararlı və fiziki hazırlıqlı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma - 9 dəfə, qaçış - 100 metr məsafəyə 14,5 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə) vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 09:00-dan 13:00-dək Daxili Qoşunların Baş İdarəsinin Kadrlar İdarəsinə müraciət edə bilərlər. Müraciət edərkən aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi;
hərbi bilet;
təhsil haqqında sənəd.

Hərbi xidmətin xüsusiyyətləri:
 
həqiqi hərbi xidmətə daxil olanlarla 3 il müddətinə bağlaşma bağlanılır, bu müddət qurtardıqda bağlaşmanın müddəti tərəflərin razılığı ilə uzadıla və ya dayandırıla bilər;
subay hərbi qulluqçular yataqxana ilə təmin edilir, kirayədə yaşayacaq ailəlilərə isə müəyyən olunmuş qaydada və məbləğdə kirayə haqqı ödənilir.

Daxili Qoşunların Baş İdarəsinin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 513-23-06, (012) 560-27-00, (012) 590-65-38.