
Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, cənab Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 12 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. O

Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Tədbirə yekun vuran nazir V.Eyvazov DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edərək vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. O, Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.