Valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər

Hərbi hissə komandiri polkovnik Xaliq Eyvazov hərbi hissənin döyüş hazırlığının vəziyyəti və şəxsi heyətin mənəvi-psixoloji durumu barədə komandana məruzə edib. Sonra general-leytenant Ş.Məmmədov əsgər valideynləri ilə görüşərək, tədbirin təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulamaqla qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı bildirib ki, bütün bunlar, eləcə də bu il hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması məqsədilə vəzifə maaşlarının artırılması ilə bağlı verilmiş müvafiq sərəncamlar bir daha Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bundan əlavə, Daxili Qoşunlarda xidmətin şərəfli olmasını qeyd edən Daxili Qoşunların Komandanı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müddətdən artıq xidmət etmək imkanlarının mövcudluğunu da valideynlərin nəzərinə çatdırıb. Səmimi əhval-ruhiyyədə keçən görüşdə əsgər valideynləri, öz növbəsində, övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Respublika Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdən sonra, Daxili Qoşunların Komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə tanış olub, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə maraqlanıb.
General-leytenant Ş.Məmmədov döyüş xidmətinin təşkili və digər zəruri məsələlərlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verib.