Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, Daxili Qoşunlarınbir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” və “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə mükafatlandırılıb.

Bu münasibətlə iyun ayının 29-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Daxili   İşlər   Nazirinin   müavini   -   Daxili   Qoşunların   Komandanı   general-leytenant   Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib. O, Daxili İşlər Naziri və Daxili Qoşunların Komandanlığı adından  təltif   olunan  hərbi  qulluqçuları   təbrik  edərək, bunu  Daxili  Qoşunların xidməti döyüş fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirdi.   

Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 321 nəfər hərbi qulluqçu medallarla təltif edilib. Onlardan 17 nəfərə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, 38 nəfərə 1-cidərəcəli, 83 nəfərə 2-ci dərəcəli, 183 nəfərə isə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı təqdim olunub.