Daxili Qoşunların İdman Komandasının hərbi qulluqçularının əldə etdiyi nailiyyətlər sırasına daha biri əlavə olunub. Belə ki, dekabr ayında Rusiya Fedarasiyasında idmanın boks növü üzrə Dünya kuboku uğrunda beynəlxalq yarış keçirilib. 

Yarışda Daxili Qoşunların İdman Komandasının hərbi qulluqçusu da qüvvəsini sınayıb. Əsgər Məsud Yusifzadə (52 kq.) keçirdiyi üç görüşdə bolqar, fransız və özbəkistan idmançılarını üstələməyi bacarıb. Finala gedən yolda idmançımız cüzi xal fərqi ilə rusiyalı rəqibinə məğlub olaraq 3-cü yeri tutub. Fəxri kürsünün üçlüyünə daxil olan əsgər M.Yusifzadə medal və diplomla mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, ötən ay keçirilən boks üzrə Respublika çempionatında hərbi qulluqçumuz 1-ci yerə layiq görülüb.