Dekabrın 7-də 25031 saylı hərbi hissədə Daxili Qoşunların ehtiyatda olan Silahlı Qüvvələr veteranlarının bir qrupuna “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı” vəsiqəsinin təqdim olunması mərasimi keçirildi. Mərasimdə Daxili Qoşunların Veteranlar Şurasının üzvləri də iştirak edirdilər. Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov mərasimi açaraq, veteranları salamladı. O, bildirdi ki, Daxili Qoşunlarda ilk dəfə olaraq, Silahlı Qüvvələr veteranı rəsmi vəsiqəsinin verilməsinə başlanılıb. Bu məsələ ilə bağlı Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov tərəfindən müvafiq əmr imzalandıqdan sonra vəsiqələrin hazırlanması, habelə verilməsinə başlanılıb.
General-leytenant Ş.Məmmədov qeyd etdi ki, Silahlı Qüvvələr veteranı vəsiqələrinin ilk olaraq ehtiyatda olan veteranlara təqdim olunmasına qərar verilib. Bu addım qoşunların formalaşması və inkişafına onların verdiyi töhfənin qiymətləndirilməsinin təzahürüdür, bütövlükdə, veteranlara dərin hörmət nümunəsidir. O, nəzərə çatdırdı ki, vəsiqələrin təqdim olunacağı veteranlar bununla bağlı ərizə ilə müraciət ediblər. Müraciətlər daxil olduqca, bu proses davam etdiriləcək. Ona görə də aidiyyəti kateqoriyadan olan veteranlar Veteranlar Şurası tərəfindən məlumatlandırılmalıdır.
General-leytenant Ş.Məmmədov müvafiq əmrdə adları qeyd olunan veteranlara Silahlı Qüvvələr veteranı vəsiqələrini təqdim etdi. Daxili Qoşunların Komandanı vəsiqələr təqdim olunan veteranları Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların Komandanlığı adından təbrik edərək, xoş arzularını bildirdi. O, xüsusi vurğuladı ki, bu kimi xoşməramlı tədbirlərin davam etdirilməsi vacibdir. Yaxın müddətdə veteranlarla geniş tərkibdə görüşün təşkilinə dair göstəriş verən general-leytenant Ş.Məmmədov komandanlıqla veteranlar arasında əlaqələrin qurulmasında Daxili Qoşunların Veteranlar Şurasının vacib rolunu nəzərə çatdırdı.
General-leytenant Ş.Məmmədov öz çıxışında qoşunların həyatında baş verən yeniliklərdən, ayrı-ayrı xidmət sahələri üzrə əldə olunan nailiyyətlərdən, hərbi hissələrimizin inkişafından, bununla yanaşı, şəxsi heyətlə iş prosesində komandanlığı narahat edən bəzi məqamlardan da danışdı.
Daxili Qoşunların Komandanı ümumilikdə, hərbi qulluqçularımızın dövlətçiliyimizə sədaqətlə xidmət etdiyini, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara diqqət və qayğısının şəxsi heyətə böyük ruhlandırıcı təsir göstərdiyini vurğuladı.
O, mərasim iştirakçılarını Bakıda Şəhidlər Xiyabanındakı şəhid hərbi qulluqçularımızın qardaşlıq məzarı üzərində olan abidənin yenilənməsi üçün aparılan işlər, şəhid olmuş və itkin düşmüş hərbi qulluqçularımızın müvafiq siyahılarının dəqiqləşdirilməsi yönündə görülən geniş tədbirlər barədə də məlumatlandırdı.
Daha sonra general-leytenant Ş.Məmmədov veteranların müraciətlərini dinlədi, onlar tərəfindən qaldırılan məsələlər barədə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.
Tədbirin sonunda veteranlarla xatirə şəkli çəkdirildi.