Daxili Qoşunların Azərbaycan yığmasında təmsil olunan hərbi qulluqçuları IV İslam Həmrəyliyi Oyunlarında inamlı çıxışları ilə növbəti uğurlara imza atıblar. Belə ki, gizir Ruslan Lunev bu gün yenidən fəxri kürsünün zirvəsinə yüksəlib. Bu dəfə o, 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birinci olub. Güllə atıcılarımız üst-üstə 5 hədəfi dəqiq nişan alaraq rəqiblərini üstələyiblər. 

Digər hərbi qulluqçumuz əsgər Teymur Məmmədov isə bu gün boks idman növü üzrə keçirilmiş 1/4 final mərhələsində əzmkarlıq göstərərək finala vəsiqəni təmin edib. 91 kq çəki dərəcəsində rinqə çıxan boksçumuz suriyalı Eldin Qoussunu (Suriya) 4:1 hesabı ilə məğlub edib.

Məlumat üçün bildirək ki, mayın 18-də baş tutacaq final görüşündə T.Məmmədovun rəqibi qardaş Türkiyə millisinin üzvü Burak Akşin olacaq.