Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-
Daxili Qoşunların Komandanı general-leytenant
Şahin Məmmədova
Cənab Komandan!
Mənim oğlum Araz Səfərov 2016-cı ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Oğlum 2017-ci ilin mart ayında ağır xəstələnib. Səhhəti nəzərə alınaraq o, təcili olaraq Daxili Qoşunların Hərbi Qospitalına gətirilib. Həkimlərin gərgin səyi nəticəsində oğlum sağ qalıb. Hazırda müalicəsi davam edir və həyatı üçün təhlükə sovuşub.
Oğlumun xidmət etdiyi hərbi hissədə yaradılan şəraitə və xüsusilə Daxili Qoşunların Hərbi Qospitalında insanpərvər, savadlı, bacarıqlı hərbi həkimlərin və orta tibbi personalın fəaliyyətinə görə ailəmin adından Daxili İşlər Nazirliyinin rəhbərliyinə, eləcə də Daxili Qoşunların Komandanlığına dərin minnətdarlığımı bildirirəm.
Daxili Qoşunların Hərbi Qospitalının rəhbərliyi və burada çalışan tibbi kollektiv oğlum Araza ən yaxın adamları kimi baxırlar, ona diqqətlə qulluq edilir, tam sağalması üçün bütün bacarıq və səylərini əsirgəmir, lazımi müalicə tədbirləri görürlər.
Hörmətli Komandan!
Bir daha sizlərə dərin təşəkkür və minnətdarlığımı bildirir, uzun ömür, can sağlığı və şərəfli işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Səfərov Məsim Əbülhəsən oğlu
Qobustan rayonu








