
Keçirilən tədbirdə polis polkovniki K.Əliyev ilk növbədə şəxsi heyəti salamlayaraq, onların hər birinə qəzalardan uzaq durmağı arzulayıb, yol-hərəkəti qaydalarına ciddi əməl etməyin vacibliyini xatırladıb.
Hər bir vətəndaşın təhlükəsizliyinin vacibliyini qeyd edən qonaq, yol-qəza hadisələrinin qarşısının alınması istiqamətdə çox ciddi addımların atıldığını, profilaktik tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, məhz görülən işlərin nəticəsidir ki, ölkəmizdə artıq dördüncü ildir ki, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalma müşahidə olunur.
Polkovnik K.Əliyev çıxışında eyni zamanda cərimələrin hərbi qulluqçular, ümumilikdə isə bütün vətəndaşlar tərəfindən vaxtında ödənilməsinin vacibliyinə də toxunub və bunun üçün mövcud qaydalar haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda qonaq şəxsi heyəti maraqlandıran sualları cavablandırıb.