Yanvar ayının 27-də Türkiyə Respublikasının Jandarm Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan daha bir heyətinin fəaliyyət müddəti başa çatıb. Bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində yolasalma mərasimi keçirilib.
 
  Türkiyəli zabitləri səmimi salamlayan Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Şirin Xəlilov Daxili Qoşunlarda xidməti ezamiyyətini başa vurmuş 6 nəfərdən ibarət heyətə göstərdikləri köməkliyə görə minnətdarlığını bildirmişdir.
 
  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokolu”lun artıq 20-ci ildönümü ərəfəsində olduğunu xatırladan general-mayor Ş.Xəlilov, iki qurum arasındakı sıx “əsgəri qardaşlıq” münasibətlərinin bu gün də yüksələn templə inkişaf etdiyini vurğulayıb. Türkiyə Respublikasının Jandarm təşkilatının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təlim-tədris sahəsində göstərdiyi köməkliyin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.
 
  Tədbirin sonunda türkiyəli heyət Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanın müvafiq əmrilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Türkiyə Respublikası Jandarm Baş Komandanlığı arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində, eləcə də Daxili Qoşunlarda təlim-tədris işinin təkmilləşdirilməsində yüksək peşəkarlıq və iş bacarığı nümayiş etdirdiyinə görə “Fərman"la mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.