1997-ci il oktyabrın 31-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol"dan danışan general-leytenant Ş.Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Jandarm Baş Komandanlığı arasındakı sıx münasibətlərin günü-gündən dərinləşdiyini vurğulayıb. Əlavə olaraq bildirib ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətləri qurumların hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfələr verib. O, qardaş Türkiyə Respublikasının Jandarm Baş Komandanlığının zabitlərinin Daxili Qoşunlarda təlim-tədris sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.
General-mayor Z.Ocak da öz növbəsində səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirib, iki qurum arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyənin Jandarma Qüvvələri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Görüşün sonunda xatirə şəkli çəkilib.