Hər bir əsgərin hazırlığı fərdi qaydada qiymətləndirilib.
 
Avqustun 1-də Daxili Qoşunların Qaraheybətdə yerləşən Təlim mərkəzində hərbi xidmətə yeni qəbul edilmiş əsgərlərlə praktiki atışlar keçirilib.
 
Atış tapşırıqlarını yerinə yetirmədən əvvəl əsgərlərin atəş hazırlığını müəyyən etmək üçün yoxlama məşğələləri keçirilmişdir. Həmçinin əsgərlər müxtəlif növ hədəflərlə tanış edilmiş, Qoşunların istifadəsində olan silahların taktiki-texniki xüsusiyyətləri və istifadəsi zamanı təhlükəsizlik qaydaları öyrədilmişdir.
 
  Hərbi hissə komandirinin rəhbərliyi ilə keçirilən praktiki atışlar zamanı hər bir elementin komandalar üzrə yerinə yetirilməsi diqqətdə saxlanılıb.
 
  Qeyd edək ki, hər bir əsgərin hazırlığı fərdi qaydada yoxlanılıb. Ümumilikdə hərbi qulluqçuların atəş hazırlığı müsbət qiymətləndirilib.