General-leytenant Şahin Məmmədov Jandarm Baş Komandanlığının Baş Planlaşdırma və Prinsiplər İdarəsinin rəisi general-mayor Ahmet Hacıoğlu ilə görüşüb
 
 Dekabrın 22-də Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Baş Planlaşdırma və Prinsiplər İdarəsinin rəisi general-mayor Ahmet Hacıoğlunu qəbul edib.
 
Qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış Protokoldan danışaraq, iki qurum arasındakı sıx münasibətlərin günü-gündən dərinləşdiyini vurğulayıb. O, qardaş Türkiyə Respublikasının Jandarm Baş Komandanlığının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təlim-tədris sahəsində göstərdiyi köməkliyə görə dərin minnətdarlığını bildirib. Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan Jandarm zabitlərinin Qoşunların Ali Hərbi Məktəbində və hərbi hissələrindəki fəaliyyətindən razılığını bildirən general-leytenant Ş.Məmmədov qarşılıqlı münasibətlərin bundan sonra da yüksək səviyyədə inkişaf etdiriləcəyini söyləyib.
 
  Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə general-mayor A.Hacıoğlu Türkiyə Respublikası Jandarm Baş Komandanlığının zabitlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidməti fəaliyyətləri müddətində göstərilən xüsusi diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Türkiyə Jandarm zabitləri barədə söylədiyi xoş sözlərə görə Daxili Qoşunlar Komandanına təşəkkür edən general-mayor A.Hacıoğlu, müvafiq istiqamətlərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına köməklik göstərməyə daima hazır olduqlarını bildirib.
 
  Görüşün sonunda türkiyəli qonaqla xatirə şəkli çəkdirilib.