Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikası vətəndaşlarının könüllülük əsasında xidmət keçmənin əraziyə bağlı olmaması prinsipi nəzərə alınmaqla, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir.
Xidmətə qəbulun şərtləri:
– Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, hərbi xidmətə yararlı, fiziki hazırlıqlı;
– boy ölçüsü 175 sm-dən yuxarı;
– yaşı 25-dən yuxarı olmayan;
– orta təhsilli.
Hərbi xidmətin xüsusiyyətləri:
– xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər;
– yataqxana ilə təmin edilirlər (hal-hazırda yalnız subaylar üçün).
Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4.
Əlaqə telefonu: (012) 560 - 27 - 00.