Cənab generallar, zabitlər, gizirlər, çavuşlar və əsgərlər !
 
  Sizi dünya müsəlmanlarının müqəddəs və əziz bayramı olan «Qurban  bayramı» münasibətilə səmimi qəlbdən təbrik edirəm.
 
  Xalqımızın həyatında «Qurban bayramı»nın xüsusi yeri var. Çoxəsrlik tarixi olan bu bayram müqəddəs və xeyirxah arzuların, insanlar arasında mərhəmət və qardaşlığın, cəmiyyətin mənəvi paklığının rəmzidir.
 
  Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan «Qurban  bayramı» islam dininin əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-əmanlığa və dözümlülüyə dəvət edir.
 
 Cəmiyyətimizə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən «Qurban  bayramı» hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-əmanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bu xeyirxah niyyətləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaq.
 
  Əziz  silahdaşlarım !
 
 İslam dininin mənəvi dəyərlərini özündə yaşadan «Qurban bayramı» münasibətilə bir daha hər birinizi ürəkdən təbrik edir, müstəqilliyimizin və dövlətçiliyimizin qorunması naminə şərəfli xidmətinizdə uğurlar diləyir, ailə səadəti, can sağlığı arzulayıram.
 
  Arzularınız çin, qurbanlarınız qəbul olunsun !
 
 
Daxili  İşlər  Nazirinin  müavini –
Daxili    Qoşunların   Komandanı
general-mayor Şahin Məmmədov